Qərbin qızışdırdığı 101 illik müharibələr
Avropalıların güclü müsəlman dövlətləri arasında daim apardığı nifaq siyasəti bu gün də davam etməkdədir
XXI əsrin əvvəllərində baş verən hadisələri dərindən təhlil edib tarixi faktlarla müqayisə etdikdə, Qərb ölkələrinin hazırda Yaxın və Orta Şərqdə yeritdikləri siyasətlə orta əsrlərdə yeridilmiş siyasət arasında oxşarlıqlar tapmaq mümkündür. Son vaxtlar Türkiyə ilə İran arasında iqtisadi əlaqələrin inkişafına Qərbin düşməncəsinə yanaşması, hətta İran qazının Türkiyəyə nəqlini nəzərdə tutan sazişdən sonra Qərbin Türkiyəni embarqolarla hədələməsi deyilənləri sübut edir. Faktlar göstərir ki, orta əsrlərdə olduğu kimi, hazırda da Qərb bu iki müsəlman ölkəsinin yaxınlaşmasını istəmir və bu iki ölkə arasında dostluq əlaqələri yaratmaq istəyənlərə düşmən münasibəti bəsləyir.
Orta əsrlərdə Qərbin qızışdırdığı qanlı müharibələrin meydanına çevrilmiş Azərbaycanın hazırkı əhalisi də müxtəlif dövrlərdə Qərbin regionda yeritdiyi siyasəti dərindən öyrənməli və bundan nəticə çıxarmağı bacarmalıdır. Qərb ekspertləri daim inkişaf etməkdə olan ölkələrin əhalisinə tarixi unudub reallıqla barışmağı məsləhət görür. Lakin faktlar göstərir ki, heç bir Qərb ölkəsi nəinki öz tarixini unutmur, hətta öz siyasətlərinə uyğun olaraq tarixdə olmamış, qondarma «erməni soyqırımı» kimi «tarixi faktlar»dan da bəhrələnməyə çalışırlar. Bu dövlətlər Türkiyə Cümhuriyyətinin Avropa İttifaqına daxil olmasına maneələr yaratmaq üçün bu cür saxtakarlıqdan gen-bol istifadə edirlər.
Hazırda Qərbin Türkiyə və İrana olan münasibətlərinin kökü orta əsrlərə və hətta daha qədim dövrlərə gedib çıxır. Deməli, Qərb ölkələri bu iki müsəlman ölkəsinə qarşı yeritdikləri siyasətdə varislik ənənələrini qoruyub saxlayırlar.
Bəlkə də çoxları bilmir ki, Qərb ölkələrinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilələrlə 101 il Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəifləmişdir. Hərbi əməliyyatlar 1514-1555, 1578-1590, 1602-1612, 1616-1618, 1623-1639, 1723-1727, 1730-1736-cı illərdə getmiş və Amasiya (29 may 1555), İstanbul (21 mart 1590, 20 noyabr 1612), Mərənd (29 sentyabr 1618), Qəsri-Şirin (17 may 1639), Həmədan (4 oktyabr 1727), İstanbul (10 yanvar 1732, 17 oktyabr 1736) müqavilələri ilə başa çatmışdır. Səfəvilərlə Osmanlılar arasında 1730- 1736-cı illərdə baş vermiş müharibə zamanı Cənubi Qafqaz ərazisi 1732-ci il İstanbul sazişinə görə Osmanlıların əlinə keçmiş, lakin 1736-cı il yenə də İstanbulda bağlanmış sazişlə İrana geri qaytarılmışdır. 1743-cü ildə İranla Türkiyə arasında yenidən müharibə başlamışdır.
Bu müharibələrin tarixinin təhlili sübut edir ki, o zaman bəzi Avropa dövlət başçıları və onların əlaltıları bu müharibələrin qızışdırılmasında mühüm rol oynamışlar. Onların əsas məqsədi iki qüdrətli müsəlman dövlətini zəiflətmək və məhv etməkdən ibarət olmuşdur. Bu müharibələrin qızışdırılmasında konkret olaraq Portuqaliya kralları III Juan (1502-1557), Don Sebastyan (1557-1578), İspaniya kralı V Karl, Macar kralı II Lüdoviq, Venesiya Respublikasının rəhbəri Leonardo Loredano, Papa V Piy, II Filip, Papa XIII Qriqori (1572-1585), kral II Filip, İngiltərə şahzadəsi Yakov I Stüart, rus çarı IV İvan və başqaları mühüm rol oynamışlar. Bundan başqa, Ost-Hind kampaniyası, İngiltərənin agentləri Antoni Jenikson, Artur Eduards, Riçard Çini, Loures Çempen, Riçard Pinqli, Entoni və Robert Şerli qardaşları, rus səfiri Aleksey Xoznikov və başqaları da öz ağalarının əmri ilə iki dövlət arasında düşmənçiliyi daha da qızışdırmışdı. Deyilənlər barədə təsəvvür yaratmaq üçün bəzi tarixi faktlara müraciət edək.
Osmanlılarla müharibə vəziyyətində olan Venesiya hökuməti Səfəviləri Osmanlılara qarşı hərbi əməliyyata cəlb etmək imkanlarını öyrənmək üçün öz elçisi Konstantino Laskarini Təbrizə göndərdi. O, gənc İsmayılla görüşmüş və İtaliyaya qayıtdıqdan sonra, 1502-ci il oktyabrın 14-də Venetsiya höküməti qarşısında məruzə ilə çıxış etmiş və Səfəvi ordusunu artilleriya ilə təchiz etmək vədinin olduqca yaxşı qarşılandığını bildirmişdir. Səfəvilər Venetsiya höküməti ilə əlaqə saxlanılmasında Aralıq dənizinin sahilində yerləşən Qaraman tayfalarından istifadə etmişdir. Konstantin Laskari qeyd edirdi ki, «Sofinin (şah İsmayılın) başqa layiqli cəhətlərindən danışarkən əlavə etməliyəm ki, hətta türk torpaqlarında da çox adam ona rəğbət bəsləyir və onun hakimiyyəti altında yaşamağa can atır».
1514-cü il avqustun 23-də baş vermiş Çaldıran döyüşündə Səfəvilərin məğlubiyyətinin əsas səbəbi artilleriyanın olmaması idi. Qərb ölkələri söz versə də, son anda Səfəvilərə odlu silah vermədilər. Onların əsas məqsədi düşmənləri olan Osmanlı imperiyasını zəiflətməklə yanaşı böyük nüfuz qazanmış Səfəvilərin də güclənməsinə imkan verməmək idi. Buna görə də Səfəvi-Osmanlı ziddiyyətlərini daha da qızışdırırdılar.
Şah İsmayılın Çaldıran döyüşündə məğlubiyyəti Qərb dövlətlərini fikirləşməyə məcbur etdi və onlar öz maraqlarına uyğun olaraq taktikalarını dəyişərək Səfəviləri odlu silahlarla təchiz etməyə başladılar. Venesiyanın Kiprdəki canişini Zuan Paolo Qradeniqo 1515-ci il aprelin 29-da Nikoziyadan öz hökumətinə yazırdı: «Təsdiq edirəm ki, senyor Sofi (Şah İsmayıl) 100 min nəfərdən çox döyüşçü toplamış və çoxlu top əldə etmişdir... Həmçinin deyirlər ki, Sofi Türkiyə sərhədinə yaxınlaşacaq, türklər geri çəkiləcəklər».
1518-ci ilə aid digər sənəddə isə göstərilirdi ki, «Sofi 70 min döyüşçüsü ilə birlikdə Təbrizdədir. Portuqaliya kralının göndərdiyi tüfənglərlə silahlanmış əsgərlər və artilleriya mütəxəssisləri də onların arasındadır».
Göründüyü kimi, yuxarıda qeyd olunan faktlarla Qərb ölkələrinin hazırda yeritdiyi siyasət arasında oxşarlıq mövcuddur. Fikrimizcə, Şərq xalqları öz tarixlərini dərindən öyrənməli və ondan nəticə çıxarmağı bacarmalıdırlar. Çünki «tarixini bilməyən xalqın tarixi təkrar olunur».
Məhərrəm Zülfüqarlı
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri
Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






