Türkiyə İsveçrə protokolları mövzusuna qayıdıb
Türkiyə müxalifəti: ““Hökumətin hərəkətı onun ardıcıl siyasət yürütmədiyindən xəbər verir”
Türkiyə Nazirlər Kabineti qalmaqallı İsveçrə protokollarını Böyük Millət Məclisinə geri qaytarıb. Rəsmi İrəvan və Ankaranın diplomatik münasibətlərin normallaşmasına dair İsveçrə protokolları hökumətin qərarı ilə bir daha parlamentə müzakirəyə çıxarıldı. Məlumatı sentyabrın 26-sı “Regnum” informasiya agentliyi yayıb
Tarixçə
İki ölkə arasında münasibətlərin normallşaması ilə bağlı bu protokollar “futbol diplomatiyası”nın nəticəsi olaraq 2009-cu il 10 oktyabr tarixində Sürixdə imzalanmışdı. İki ölkə prezidenti arasında münasibətlərin normallaşması futbol oyunlarını izləmək üçün qarşılıqlı səfərlər vasitəsilə gerçəkləşdiyinə görə, Serj Sərkisyanla Abdulla gülün diplomatik səyləri “futbol diplomatiyası” adlandırıldı. Hər halda prezidentlərin bu addımını ölkələrində dəstəkləyənlərdən çox tənqid edən oldu. Qeyd olunan sənədlərin əsas məğzi ondan ibarət idi ki, hər iki ölkə ilkin şərt irəli sürmədən qonşuluq münasibətləri qurmalı, çözümünü tapmayan ixtilaflı məsələləri isə xüsusi komissiyalara həvalə etməli idi. Xarici işlər nazirlərinin imzaladığı sənədlər ratifikasiya üçün parlamentlərə ötürüldü.
Rəsmi Bakı bildirdi ki, əgər Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmadan Türkiyə Ermənistanla münasibətlərini normallaşdırarsa, onda Azərbaycan Türkiyə ilə strateji əlaqələrinə yenidən baxmalı olacaq. Əlbəttə ki, müttəfiqin itirliməsi və Xəzər enerjisindən məhrum olma Ermənistanla sərhədlərin açılmasından daha əlverişli idi. Ona görə də Ankara Bakının şərti ilə razılaşmalı oldu. Öz növbəsində cəmiyyətdəki millətçi ruhiyyədən qorxan Ermənistan tərəfi də bu sənədləri təsdiqləməkdən yan keçdi. Lakin, Türkiyədən fərqli olaraq, Sürix protokolları Ermənistan parlamentinin gündəliyindən çıxmadı. Hazırda isə Türkiyə hökuməti öz konstitusiya hüququndan istifadə edərək sənədləri bir daha parlamntə göndərdi.
Türkiyə
Türk mətbuatı kabinetin bu addımını Ermənistana qarşı edilən bir jest kimi dəyərləndirir. Bu “böyüklük jesti” barədə yazan jurnalistlər xatırladırlar ki, Ermənistanı müstəqillik günü münasibəti ilə təbrik edən (21 sentyabr) ilk dövlət başçılarından biri Abdulla Gül olub. Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (TESEV) hazırladığı hesabatda hökumətə tövsiyə olunur ki, erməni məktəbləri üçün dərsliklərin hazırlanmasında, universitetlərdə erməni dili və ədəbiyyatı kafedralarının açılmasında, müvafiq sahə üzrə müəllimlərin maaşlarının artırılmasında, erməni radiolarının iş şəraitinin yaxşılaşdırılmasında, erməni teatrlarının açılmasında maliyə yardımı ayırılsın. Bundan əlavə, Vəqf erməni keşişlərinin hazırlanmasını, erməni kilsələrinin təmirini, kilsələrin erməni katalikosunun tabeçiliyinə verilməsini dövlətə məsləhət görür. “Milliyet” qəzetinin dərc etdiyi həmin hesabatın ən maraqlı məqamı isə budur: “Dağlıq Qarabağ münaqişəsi və soyqırım məsələsinə fikir vermədən “qonşularla sıfr problem” tezisini reallaşdırmaq zəruridir”.
Hökumətin atdığı bu addımdan narazı qalan müxalifət hesab edir ki, qərar müstəqil şəkildə deyil, ABŞ-ın AKP-yə təzyiqi altında verilib. “Hökumətin hərəkətı onun ardıcıl siyasət yürütmədiyindən xəbər verir. Azərbaycanın işğal edilmiş torpaqları azad edilməyincə, Türkiyəyə qarşı ərazi iddialarından imtina olunmayınca heç bir normallaşmadan danışmaq olmaz. Birmənalı olaraq bizim partiya bu protokolların əleyhinə səs verəcək” – deyə MHP parlament fraksiyasının sədri Oktay Vural bildirib. CHP partiyasının sədr müavini Nihad Maktab da AKP-nin addımını yanlış adlandıraraq deyib: “Biz anlaya bilmirik hökumət bu protokollarla nə etmək fikrindədir. Gah onu geri çağırır, gah yenidən parlamentin gündəliyinə salır. Bu ciddi deyil və biz bu çirkin oyunlara qatılmaq istəmirik”.
Ermənistan
Rəsmi İrəvanın da məsələyə münasibəti mənfi oldu. Ermənistan tərəfi bildirir ki, BMT Baş Assambleyasının 66-cı toplantısında Serj Sərkisyanın çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi Türkiyənin Ermənistana sərgilədiyi münasibətidir. Bundan sonra fərq etmir Türkiyə protokolları Qərbin təzyiqi altında parlamentə geri qaytarıb ya Ermənistanla doğurdan da normal münasibət qurmaq istəyir. Ermənistanın hakim Respubilaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib: “Ermənistan-Türkiyə protokollarının Türkiyə parlamentinin gündəminə gəlməsi hökumətin ucuz oyunu və gözdən pərdə asmaqdır”.
Azərbaycan
Məsələ ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarət olduğunu demək çətindir – mövzu ilə bağlı milli mətbuat susmaqdadır. Lakin bir müddət öncə Türkiyənin Azərbaycandakı səfirinin Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına dair dedikləri ölkədə birmənalı qarşılanmadı. Beləki. Diplomatın sözlərinə görə, ölkəsi rəsmi İrəvanla münasibətləri yalnız Azərbaycana görə pisləşdirib və bunun müqabilində Azərbaycanın İsraillə münasibətlərinin soyumasını istəyir. Səfirin bu çıxışına münasibət bildirən YAP-çı deputat Elman Məmmədov “musavat.com”a müsahibəsində rəsmi Ankaranı Azərbaycana minnət qoymaqda günahlandırıb: “Bizə minnət qoymaq lazım deyil. Bu gün Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır. Sərhədlər də Türkiyənin dövlətçilik maraqlarından irəli gələrək bağlanıb. Amma Türkiyə Ermənistana iqtisadi cəhətdən yardım edir. Gürcüstan sərhədindən Ermənistana ildə 18 min yük maşını keçir”. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri 18 ildir bağlı saxlaması, Ankaranın İrəvanla diplomatik əlaqələr qurmaması müsbət haldır: “Amma onu da yadda saxlamalıyıq ki, Türkiyə ilə Ermənistan arasında problemlər Qarabağ münaqişəsinin mövcud olmadığı zamanda da var idi”.
Protokolların Türkiyə parlamentinə geri göndərilməsinə ilk rəsmi münasibət hadisədən dörd gün sonra səsləndirildi. “Türkiyə Böyük Millət Məclisi Sürix protokollarını parlamentin gündəliyinə ona görə qaytarmayıb ki, Azərbaycanla münasibətlərdə soyuqluq yaranar. Bu, onlarda bir prosedura məsələsidir və buna başqa rəng vermək lazım deyil”. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, parlamentin gündəlikdən çıxartdığı məsələləri hökumət yenidən gündəliyə sala bilər. Yəni bu prosedur icbari deyil, hökumətin istəyinə bağlıdır. Hökumətin nədən bu pritokolları qəfil parlamentə geri qaytardığını bir neçə amillə bağlamaq olar. BMT Baş Assambleyasının 66-cı toplantısı zamanı rəsmi Vaşınqton Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsinə yönəlmiş addımların davam etdirilməsi barədə istəyini bildirmişdi. Bundan başqa, regionda yeni qüvvə kimi formalaşan və Osmanlı ənənlərinə bərpa edən Türkiyə Ermənistan daxil olmaqla bütün Qafqaz ölkələri ilə isti münasibət saxlamaqda maraqlıdır. Və nəhayət, Türkiyə Suriya, İran, Yunanıstan və Ermənistan kimi qonşu dövlətlərlə münasibətlərində yaranan gərginliyi azaltmaq məcburiyyətindədir.
“Salam” Analitik mərkəzi
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






