Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | ŞƏRH | Bizi tənha edən Xocalı

Bizi tənha edən Xocalı

image

Bəlkə də, Tanrının lütfüdür ki, Xocalı şəhidlərini siyasi şantaj hədəfinə çevirmədi

Xocalı... Artıq hər bir azərbaycanlının tarixi yaddaşına qanlı həriflərlə həkk olmuş Xocalı soyqırımından 20 il ötür. Nə az, nə çox – düz 20 il. Ədalət isə hələ də öz yerini tapmayıb. Həqiqiliyi tarixçilər tərəfindən şübhə altına qoyulan erməni və yəhudi qətliamlarını inkar belə edəni cəzalandıran Avropa ölkələri hamının gözü qarşısında baş verən bir faciəni necə dana bilərlər? Bəlkə də öz günahımızdır ki, bizə həmdərd olanları səhv ünvanda axtarırıq. Bəlkə də, Tanrının lütfüdür ki, Xocalı şəhidlərini siyasi şantaj hədəfinə çevirmədi. Çox gileylənirik ki, faciəmizi görmürlər. Axı necə görsünlər? Başa düşə bilmirik ki, başqasına həmdərd olmaq üçün böyük mənəviyyat tələb olunur. O da ki... Deyə bilərsiz, səsimizi çıxartmasaq bizi eşitməyəcəklər, gərək dərdimizi elan edək. Ermənilər, yəhudilər səsləndilər dünyaya, dünya da onları eşitdi. Yox. Onları eşidənlər, bizləri eşitməzlər. Çünki, biz nə erməniyik, nə yəhudi. Mədəniyyətimizə, özəlliyimizə görə deyil, neftimizə və torpağımızın strateji mövqeyinə görə tanınan azərbaycanlılarıq.  

Xocalı soyqırımı bizə keçmişdəki erməni vəhşiliyini deyil, hazırda dünyadakı qəribliyimizi, tənhalığımızı aşılayır. Xocalı kim olduğumuzu bizə xatırladır, özüdə xatırlatdığı mənzərə ürəkaçan deyil. Türkiyə ilə münasibətləri korlamaq bahasına erməni “soyqırımını”  tanıyanlar, Xocalını tanımaqla nəyi itirəcəklər? Tanısalar da, nə edəcəklər? Suriyada vətəndaş müharibəsinin günahsız insanların ölümü ilə nəticələnəcəyindən “narahat” olan Rusiya, məsum körpələrin gülləbaran edilməsindən niyə narahat olmadı? Hələ müsəlman ölkələrini demirəm... Hər il İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində mənasız kağıza imza atmaqla kifayətlənirlər. 

 Bəlkə də dərdimizlə baş-başa qalmağımız bir fürsətdir. Fürsətdir ki, düşünək. Keçmişimiz, indimiz... və gələcəyimiz barədə. Ədaləti dünya ictimaiyyətinin “lütfündə” axtarırıqsa, tapmaycağıq. Bizim əvəzimizə ədaləti bərpa edən olmayacaq. Xocalıya ədalət, qatillərə cəza tələb ediriksə, ilk növbədə Xocalıya və Xocalının tərənnüm etdiyi Qarabağa sahib çıxmalıyıq. Bu yolda da, deyəsən, səhv qapıları döyürük. Günahsız insanları azadlıq şüarı ilə qətlə yetirib, sümükləri üzərində “dövlət” quranların cəzalandırılmasını kimlərdən tələb edirik? Elə günahsızların sümükləri üzərində siyasətini quranlardan. Onlar bizə erməni qədər həmdərd ola bilərlər. 

Tənhalığa qatlaşmağımızın səbəbi yalnız özümüzə həmdərd tapa bilməməyimiz deyil. Başqa tanınan “soyqırımlar” məgər ürək yanmasından qaynaqlanırmı ki, biz də nələrsə umaq? Azından Afrikanın ən dəhşətli soyqırımlarından biri olan 1990-cı illərdə tutsilərlə hutuların Kongo, Ruanda, Burundi və Uqandada bir-birinə Fransa və Belçika əli ilə divan tutması bizə dərs olmalıdır. Belə bir dövlətlərin erməni “soyqırımını” tanıması bəşəriyyəti ələ salmaqdır. Yaxşı ki, Xocalı bu şounun qurbanı deyil. Yaxşı ki, biz də milli faciəmizi başqaları kimi iqtisadi mənfəət və siyasi dividentlər üçün istifadə edəcək qədər mənəviyyatsız deyilik. Dərdimizə həmdərd olanlar da sağ olsun, olmayanlar da, yetər ki, hörmətsizlik etməsinlər. Çünki hörmətə layiq ən böyük dəyərlərimizdən biri Xocalıdır. Başqalarının soyqırım iddiaları yalan, iftira, mənfəət üzərində qurulub, həqiqətin ört-bastır olunmasına, hamıya nifrətə yönəlib. Xocalı isə... Dünyanın zülmü ilə barışmamağımızın, bütün saflığımızla haq-ədalətin bərqərar olacağına ümid bəsləməyimizin, həqiqət axtarışında israrımızın rəmzidir. 

Tənhalığımızın böyük bir üstünlüyü var. 26 fevral tarixində biz bir millət, bir bədən olduğumuzu hiss edirik. 20 yanvar günü də hamı bir olub şəhidlər xiyabanına axışır, əziz şəhidlərimizin xatirəsini yad edir, bacardığı qədər onlara minnətdarlığını bildirir. Çünki, biz o şəhidlərin müqəddəs qanı sayəsində azad və müstəqil olduq. Qara yanvar azadlığın qurban tələb etdiyini xatırladır və biz bir millət olaraq şəhidlər önündə bu qurbanları vermək əzmində olduğumuzu izhar edirik. Lakin, Xocalının şəhidləri azadlıq uğrunda həlak olmayıblar, ona görə 26 fevral tam başqa, bəlkə də, daha dərin mətləblərin rəmzidir. 

Xocalı sakinləri silahsız idilər. Onlara kəndi tərk etmək üçün dəhliz ayırmışdılar. Həmin dəhlizlə mühasirəyə alınmış kəndən qaçan köməksiz insanlar tələyə düşdülər. Heç demə bu bir oyun idi, insanlara yalan ümid verib tələyə salmaqla daha çox qəddarlıqla qətlə yetirmək üçün. Əvvəlcə xocalıların ayaqlarına atəş açdılar ki, qaça bilməsinlər. Sonra baltalar işə düşdü. Sonra isə meyyitlərin baş dəriləri soyuldu. Onların qatillərinin nə azadlığımızda, nə sərvətimizdə gözü yox idi. Onlar sadəcə qana susamış, uşaq qətlindən həzz alan canlılar idi. İndi həmin qatillərdən biri prezident qismində dünyanı dolaşır, haqq-ədalətdən dəm vurur. Halbuki, onun soyqırıma məruz qoyduğu xocalıların yeganə “günahı” azərbaycanlı olmalarında idi. Azərbaycanlı... Bizi azərbaycanlı edən hər bir şeyə nifrət Xocalını yaratdı. 

 

Hüseyn Abbasov

Salaminfo.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az