Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | ÖLKƏ | Arif Qəniyevə hökm oxundu

Arif Qəniyevə hökm oxundu

image

Prokuror Arif Qəniyevə 2 il 6 ay həbs cəzası verilməsini təklif etmişdi

Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevə hökm oxunub. Hakim Zeyqəm Hüseynovun elan etdiyi hökmə görə, Arif Qəniyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Anar Qasımlının “Media forum” saytına verdiyi məlumata görə, o, prosesdə müdafiə çıxışı edib. Daha sonra Arif Qəniyev son söz deyib. Anar Qasımlı bildirib ki, Arif Qəniyev məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsini istəmir.

Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.

Yanvarın 25-də keçirilən prosesdə prokuror Arif Qəniyevə 2 il 6 ay həbs cəzası verilməsini təklif etmişdi.
 
Media forum 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 259
Site by: WebStudio.Az