Salaminfo.AZ: İctimai Palatanın yürüşü yanvarın 30-na təxirə salınıb İctimai Palatanın yürüşü yanvarın 30-na təxirə salınıb ================================================================================ salaminfo.az on 26/01/2012/ 12:37 İctimai Palatanın (İP) bu gün Türkiyə səfirliyindən Fransa səfirliyinə qədər yürüş keçirmək planı təxirə salınıb. Bu barədə İP üzvü Gülağa Aslanlı məlumat verib. O, buna səbəb kimi Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İP-in aksiya ilə bağlı məktubuna cavab verməməsini göstərib. G. Aslanlı İP-in Türkiyəyə dəstək məqsədilə yanvarın 30-da aksiya keçirəcəyini bildirib: “Biz həmin gün aksiya keçirməkdə israrlıyıq”. APA