Səfir: "Biz Fələstin dövləti olaraq Azərbaycanın mövqeyindən razıyıq"
Nasir Əbdülkərim Əbdürrəhman: "Biz biz bundan artıq Azərbaycandan heç nə gözləmirik"
Fələstin Muxtariyyatının Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman ANS TV-nin "Ötən Həftə" verilişinə müsahibəsi
-Artıq Fələstin muxtariyyatının prezidenti BMT-nin Fələstini tam hüqulu üzv dövlət kimi tanımasına dair müracəit edib. Nə gözləyirsiniz?
-BMT-də aparılan danışıqlar kifayət qədər faydalıdır və bu, dövlətimizin BMT-yə tam hüquqlu üzv olmasında kifayət qədər rol oynayacaq. Lakin orada bizim barəmizdə müxtəlif fikirlər səsləndirildi. İstənilən halda ədalət bizim tərəfimizdədir. Çünki biz haqlıyıq. İndi oradakı çıxşların öyrənilməsinə ehtiyac var. Əgər fikir versəniz görərsiniz ki, ciddi fikir ayrılıqları da mövcud idi. Məsələn, biz Fələstin dövləti olaraq Fransa prezidenti Nikola Sarkozinin çıxışını və təklifini alqışlayırıq. Həqiqətən də münaqişəyə yeni yanaşma lazımdır. O ki qaldı, Türkiyə baş nazirinin və bu kimi digər dövlət rəsmilərinin çıxışlarına isə deyə bilərəm ki, əksəriyyətin düşüncəsi Fələstinin tələbi ilə kifayət qədər üst-üstə düşürdü.
-Bundan sonra Fələstin probleminin həllində daha hansı addımlar atıla bilər?
-Biz düşünürük dünyada beynəlxalq ədalət var, dünyada insan haqarı var. Məhz bunun nəticəsi olaraq , bu prinspdən çıxış edərək Fələstinin BMT-də müstəqil dövlət kimi tanınmasında və olmasında problem görmürük. Biz BMT-də hər hansı veto yaxud da başqa neqativ halla qarşılaşsaq digər seçim yollarımız var. Və biz ondan istifadə edəcəyik. Çünki Fələstinin məhz bu tələbi dünyada olan beynəlxalq hüquqa əsaslanır. Biz sülh prosesi başlayandan bəri, keçən 20 il ərzində BMT-yə üz tutmamışıq, ora heç vaxt müraciət etməmişdik. Səbəb isə bu 20 ildə çox ciddi çətinliklərlə üzləşməyimiz olub. İndi əsas məqsədimiz marağında olduğumuz sülh prosesini daha da sürətləndirməkdir. Çünki bizim BMT-yə müstəqil dövlət kimi qəbul edilməyimiz məhz sülh prosesinə müsbət təsir edəcək. Və regionda mövcud olan radikalizmin dondurulmasına gətirib çıxarılacaq.
Biz düşünürük ki, BMT-yə üzv olacağıq. Və bundan sonra biz İsrail tərəfi ilə digər problemləri həll edəcəyik. Bu problemlər sərhədlərin müəyyənləşdirilməsidir. Qaçqınlar problemi, Şərqi Qüdsün taleyi, həbsxanada olan insanların məsələsini müzakirəsinə ehtiyac var və bunu həll etməliyik. Eyni zamanda su problemi var. Bu kimi digər məsələlərin həllini İsrail tərəfi ilə əyləşib mütləq şəkildə, həm də bərabər formada həll etməyə çalışmalıyıq. Biz sülh prosesinə sadiqliyimizi bundan sonra da nümayiş etdirəcəyik.
-Azərbaycan açıq şəkildə Fələstin dövlətinin paytaxtı Şərqi Qüds olmasını dəstəkləyir. Rəsmi Bakının müttəfiq kimi mövqeyi sizi qane edirmi?
-Azərbaycan Respublikasının prezidentinin ifadəsi o qədər şərafətli mövqedir ki, biz ondan tam razı qaldıq. Çünki Azərbaycan tarixən bu mövqeyini nümaiş etdirmişdi. Lakin Fələstin üçün lazım olan anda mövqeyib bir daha açıqlanması bizim üçün hər şey demək idi. Bu, Fələstinin maraqlarına tam uyğundur. Və biz Fələstin dövləti olaraq Azərbaycanın mövqeyindən razıyıq. Çünki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır, insan haqlarına əsaslanır. BMT-nin ardıcıl çıxartdığı qərarlara söykənir.
-Azərbaycanın yerləşdiyi coğrafi ərazini və onun ətrafındakı geostrateji vəziyyəti nəzərə alsaq sizcə, Azərbaycan belə halda Fələstin məsələsində bundan artıq nəsə edə bilərdimi?
-Azərbaycanın açıqladığı mövqe o qədər dəqiqdir ki, biz bundan artıq heç nə gözləmirik. Amma istəyirik ki, dünyada hər kəs bizim haqq səsimizi eşitsin. Çünki biz regionda yalnız sülh istəyirik. Amma İsrail bunun tam əleyhinə gedir. Bizim tarixi torpaqlarımızı işğal edib, orada qəsəbələr salır. Bununla da sülh prosesinə zərbələr vurur. İndi isə sülh prosesinə təkan verəcək bizim BMT-yə üzvlüyümüzə mane olmağa çalışırlar. Amma biz deyirik ki, haqq yerini tapcaq. Biz bütün dünyanı bizə, Fələstinə dəstək olmağa çağırırıq.
ANS PRESS
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






