Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | MÜSAHİBƏ | Cənubi Qafqaz İran müharibəsinə hazırlaşır?

Cənubi Qafqaz İran müharibəsinə hazırlaşır?

image

Rusiyalı ekspert: “İranla müharibə məsələsində yalnız əməliyyatların miqyası barədə mübahisə etmək olar”

Bir müddət öncə Rusiya KİV-ində rus ordusunun Cənubi Qafqazda fəallaşması barədə məlumat yayıldı. Məlumata görə, Rusiyanın Ermənistandakı hərbi qüvvələri ABŞ-İran müharibəsinə hazırlaşır. Həmçinin qeyd olunur ki, hadisələrin gedişatı Dağlıq Qarabağda münaqişənin canlanmasına səbəb olacaq. Məsələ ilə bağlı “nakanune.ru” saytı Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, Ümumdünya Silah Alverinin Analizi Mərkəzinin rəhbəri İqor Korotçenkodan müsahibə alıb. Yanvarın 26-sı dərc olunan müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik. Tərcümə zamanı müsahibin ifadələri olduğu kimi verilib.   

- Bir müddət öncə verilən bəyanatlara əsasən, güya ki, İsrail İrana zərbə endirməyə hazır olduğunu bildirdikdən sonra Rusiya qüvvələrinin bir hissəsi Ermənistandan təxliyə edilməyə başlayıb. Analitiklər tələsik olaraq bildirdilər ki, İranla müharibə fonunda Azərbaycan Ermənistana hücum edəcək, Rusiya qoşunları isə ermənilərlə birlikdə hava zərbələrinin qarşısını alsa da, birbaşa hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Azərbaycanın Ermənistanla müharibəsi və Rusiyanın qarışması nə qədər mümkün görsənir? 

-   Düşünürəm ki, ABŞ İrana qarşı müharibəyə başlasa Azərbaycan ilk öncə bütün diqqətini Xəzərdəki neft-qaz mədənlərində cəmləşdirəcək, çünki İran onları nişana ala bilər. İran hücuma məruz qalarsa həm intiqam, həm də qabaqlama məqsədilə ona müxalif olan ölkələrə zərbə endirə bilər. Ona görə də, Dağlıq Qarabağa qarşı hərbi əməliyyatlara başlamaq Azərbaycan üçün əlverişli deyil, İran iqtisadiyyatı üçün ən dəyərli olanı – nefti müdafiə etmək daha məntiqli olardı. 

Həmçinin, müharibələr hay-küy abhavasında aparılmır. Mən qətiyyən inanmıram ki, Azərbaycan İran müharibəsi pərdəsi altında Dağlıq Qarabağda hərbi əməliyyatlar aparmaq kimi məxfi ssenari hazırlayıb. 

- Hesab olunur ki, Dağlıq Qarabağ münaqişəsinin esklasiyası olmadığı təqdirdə belə, Ermənistandakı Rusiya birləşmələri çətin vəziyyətə düşəcək. Güya, Gürcüstan özünü daha aqressiv apara bilər, rus qoşunları isə yalnız hava vasitəsilə təchiz olunurlar. 

-  Düşünmürəm ki, Rusiya hansısa münaqişəyə girişəcək. Rus ordusuna qarşı təxribat törədilməsə, yaxud bizim qoşunların kiminsə hərbi təzyiqinə tuş gəlməsə, Rusiya özünü tam sakit aparacaq. Gürcüstan ekspertlərinin Rusiyanın Gürcüstan ərazisindən özünə dəhliz açacağı barədə təsvir etdiyi bütün “kabuslar” ağılsızlıqdır. Ermənistandakı qoşunlar plana müvafiq şəkildə təchiz olunurlar. Orada mövcud olan rejim, sühl dövründə olan rejimdən fərqlənmir. Yaranmış durum üzərində spekulyasiyalar edilir ki, Rusiyadan canavar düzəltsinlər. Praktiki cəhətdən Rusiya rəhbərliyi İranda müharibənin başlamaması üçün əlindən gələni edir. 

- Zaqafqaziyada müharibəyə hazırlıqlar aparıldığını bildirən mənbələr yanlışlığamı yol verirlər? 

- Rus ordusu İranda müharibəyə hazırlaşmır. Bu qəzet şayəsidir. Orada hərbi təlim keçirildiyinə istinad edilir, lakin yayda keçiriləcək bu təlimlər plana müvafiqdir. Bağışlayın, istəyirsiz ki, İran dağıldıqdan sonra təlimlər keçirək? Bütün bunlar şişirtmələrdir, qəzetlər tirajlarının sayını artırmaq istəyir. 

- Məlumat verilir ki, 102-ci ordu təlxiyə edilir, qadınlar, uşaqlar və şəxsi heyətin bir hissəsi çıxarılır. 

- Bu həqiqətə uyğun olsa idi, regionun bütün qəzetləri bu barədə yazardı, lakin yazan ancaq bir qəzetdir. Bilmirəm bu məlumatı verərkən müxbir (“İzvestiya”nın müxbiri – tərc.) hansı məqsədləri güdürdü. “İzvestiya” qəzeti yazırdı ki, qoşunlara kütləvi şəkildə badminton verilir. Məlumata sakit yanaşmaq lazımdır. 

- İsrailin 12 saat öncədən (İrana – tərc.)  zərbə endirəcəyi barədə ABŞ-a xəbərdarlı xarakterli bəyənatını necə başa düşək? 

- Hazırda mövzu ətrafında spekulyasiya etmək istəyənlərin, habelə jurnalistlər arasında bunu edənlərin sayı çoxdur. İsrailin indi İrana zərbə endirməyə mənası nədir? İranın nüvə proqramı MAQATE tərəfindən tam əhatə olunub və bu proqramın hərbi məqsədlər güdməsinin heç bir əlaməti yoxdur.  İsraildə oturanlar axmaq deyil, hərbi məqsədəuyğunluq baxımından bu əməliyyatın mənası yoxdur.  Həm də ki, İsrailə əl verir ki, hərbi əməliyyatları ABŞ başlasın, o isə ya axırda qoşulsun, ya da, ən yaxşısı, hazıra-nazır gəlib nəticətən faydalansın. İsrail İrana qarşı müharibəyə başlayarsa, kamikadzeləri özünə qarşı hücuma təhrik edəcək. Hələ ümid edirik ki, İran qarşıdurmanı normal danışıqlar məcrasına yönəldə biləcək. Çoxu sülh istəyir, hərb yox. 

İrana hücum barədə qərar ABŞ-ın hərbi-siyasi rəhbərliyinin dar çevrəsində qəbul olunacaq. İnanmıram ki, o çevrədə bizim agentura olsun ki, dərhal Moskvaya xəbər versinlər. Belə şeylər yalnız trillerlərdə olur. Hərbi məqsədəuyğunluq baxımından  heç kəs bir-iki həftə öncədən belə qərar verə bilməz. Reaksiya ssenariləri var, lakin qərarlar bir neçə gün əvvəl verilir. Gərək bəhanə olsun, bəhanəsiz müvafiq əmr verilə bilməz. Bəhanə isə Hörmüz boğazının bağlanılması olacaq. Boğaz bağlanarsa, ssenarilər işə düşəcək. Leon Planetta müharibənin nə zaman başlayacağı barədə qəti söz dedi – İran boğazı bağlayanda.  Ümumiyyətlə, İranla müharibə məsələsində yalnız əməliyyatların miqyası barədə mübahisə etmək olar. Müharibə məhdud olacaq ya geniş miqyaslı. 

- Nüvə zərbələri təhlükəsi varmı? 

- Heç bir nüvə müharibəsi olmayacaq. Bu, siyasi cəhətdən ABŞ-ı diskreditasiya edəcək. İrana güclü və kombinasiyalı zərbə endirmək üçün Amerikanın kifayət qədər yüksək dəqiqli silahı var. İranın nüvə silahı yoxdur. İsrail də İrana qarşı nüvə silahı tətbiq etməyəcək. Bütün bunlar konspirologiyadır. Bu cür zərbələrin siyasi nəticələrini unutmaq lazım deyil.

 

Salaminfo.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az