Salaminfo.AZ: Min bir Azərbaycan bayatısı” çap edildi Min bir Azərbaycan bayatısı” çap edildi ================================================================================ salaminfo.az on 02/09/2010/ 13:21 “Min bir Azərbaycan bayatısı” işıq üzü görüb. Kitab Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsininbirgə təşəbbüsü ilə yaradılıb. “Min bir Azərbaycan bayatısı” Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim nümunəsi sayılan bayatılar və onların gürcü dilində poetik tərcüməsi yer alıb. Kitabın tərtibatçısı və tərcüməçisi Zevza Medulaşvilidir. “Min bir Azərbaycan bayatısı” kitabının təqdimat mərasimi sentyabrda keçiriləcək. Qeyd edək ki, Zezva Medulaşvili Azərbaycan ədəbi nümunələrini gürcü dilinə çevirən ən peşəkar tərcüməçilərdən biridir. O, "Koroğlu" eposunu və klassik Azərbaycan şairləri Füzuli, Nizaminin əsərlərini tərcümə edib. sonxeber.az