Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | MƏDƏNİYYƏT | Berlinale hamının mükafatını verdi

Berlinale hamının mükafatını verdi

image

Məşhur kinofestival bu dəfə də ənənəyə sadiq qaldı

Berlinale sarayında keçirilən məşhur Berlin kinofestivalı zamanı “qızıl ayı”nın kimə nəsib olacağı hamını narahat edirdi. 1600 qonağın qatıldığı tədbir dünyanın ən mötəbər mədəniyyət hadisəsi sayılır. Festival təşkilatçıları öz siyasiliyini heç gizlətmirlər, özü də, mükafatlandırmadan bəlli olduğu kimi, “sağa meyillənmək” fikirləri də yoxdur. Kann festivalından fərqli olaraq, Berlin kinofestivalı proqressiv geosiyasi kinematoqrafa, yəni solçu çalarlı film incəsənətinə yönəlib. Təşkilatçılar çalışırlar ki, festivalda bütün dünyadan gələn filmlər nümayiş etdirilsin. Bununla bərabər, 62-ci Berlinale müsabiqəsi qalmaqalsız ötüşdü.  

Bu il münsiflər heyətinə daxil olmuşdular: 

Sədr - Maykl Li, rejissor (Britaniya)

Ceyk Cillenhol, aktyor (ABŞ)

Şarlotta Hensbur, aktrisa (Britaniya və Fransa)

Barbara Zukova, aktrisa (Almaniya)

Bualim Sənsal, yazıçı (Əlcəzair)

Anton Korbayn, rejissor (Hollandiya)

Fransua Ozon, rejissor (Fransa)

Əsğər Rərhadi, rejissor (İran)

 

Fil nümayişləri zamanı favorit müasir alman kinosunun lideri Kristian Petsoldun “Barbara” filmi sayılırdı. Hətta kino aləmində dəbdə olan iki gənc rejissor- fillipinli Brillante Mendoza (“Əsir qız” filmi) və portuqaliyalı Migel Qomeş (“Tabu” filmi) alman Petsoldu üstələyə bilmədilər. Hamı “Tabu” filminin qalib gələcəyini proqnozlaşdırsa da, Qomeş Alfred Bauer mükafatı ilə kifayətlənməli oldu. Bu mükafatı kino incəsənətində yeni yollar kəşf edənə verirlər. Gənc macar rejissoru Benedik Fliqaufun bəxti isə gətirdi. O, anti-irqçi “Sadəcə külək” filminə görə münsiflərin qran-prisinə - “gümüş ayı”ya layiq görüldü. Film müasir Macarıstanda qaraçıların məhvindən bəhs edir. Berlinale festivalı bu cür mövzulara həssas yanaşır. 

Yeni nəsil rejissorlar manifestlə çıxış etmir, yeni dalğa yaratmır. Müasir rejissorlar kinematoqrafiyaya məlum olmayan yeni fakturalarla, fikirin dolğun çatdırılmaması ilə səciyyəli yeni ünsiyyət üsulu ilə seçilir. Modernist rəssamlarına xas olan bu üsul postmodernizmin gəlişi ilə aradan getdi. Hazırda incəsənət postpostmodernizm dönəminə qədəm qoysa da, klassik dövrün nostaljisi ilə yaşayır. Odur ki, kimin qalib olacağını təxmin etmək çətin deyildi. “Qızıl ayı” Paolo və Vittorio Taviani qardaşlarına verildi. Onların “Sezar ölməlidir” filmi Şekspirin müasir şəraitə uyğunlaşıdırılmış pyesi əsasında çəkilib. Film Roma həbsxanalarının birində lentə alınmaqla yanaşı, aktyorlar da həmin həbsxanada saxlanılan əsl canidirlər. 

Elə bu səpkidən olan film, daha öncə qeyd olunan “Barbara” hamını klassik incəsənət dönəminə apardı. Tarixi hadisələrin qurbanlarına çevirlmiş insanların taleyindən bəhs edən əsər ən yaxşı rejissor işinə görə “gümüş ayı” aldı. Filmin rejissoru Kristian Petsold daim alman aktrisası Nina Hossla çalışır. Bu dəfə də Barbaranın rolunu Hoss ifa edirdi. Ekspertlər ifanın gümüşə iddialı olduğunu bildirsələr də, əsir qızı canlandıran İzabel Yupperi də mükafat alacağını istisna etmirdilər. Lakin, nə Barbara nə də əsir qız münsiflərin razılığını əldə edə bilmədilər. Ən yaxşı qadın roluna görə “gümüş ayı”nı kanadalı rekissor Kim Nquyemin “Savaş ifritəsi” filmində baş rolu ifa edən afrikalı Reyçel Mvanza aldı. Film Konqoda vətəndaş müharibəsindən bəhs edir. 

Daha öncə “qızıl ayı”ya layiq görülən çinli rejissor Van Tsüanən bu dəfə “Ağ maral vadisi” əsərini təqdim etdi. XX əsrin birinci yarısını – İmperiyanın süqutundan başlayaraq Çin Xalq Respublikasının quruluşuna qədərki tarixi iki qardaşın qanlı həyat yolunda canlandıran rejissor hamını valeh etdi. 3 saatdan çox davam edən film bir nəfəsə baxılır. Ən çətin quruluşa malik filmin operatoru, incə və zərif bir xanım – Luts Reytemeyer zala daxil olanda əsərin tamaşaçılarda buraxdığı təəssüratı əyani müşahidə etmək olardı. O, böyük bədii nəaliyyətlərə görə “gümüş ayı”ya sahib çıxdı. 

Festivalın ən yaxşı ssenarisinə və kişi roluna görə mükafatını danimarkalı “Kral işi” tarixi filmi aldı. Filmdəki hadisə XVII əsr Danimarkasının kral ailəsində baş verir. Ssenari psixiki xəstə kralın həyat yoldaşı ilə saray həkiminin məhəbbəti üzərində qurulub. 

Beləliklə də, 62-ci Beynəlxalq Berlin Kinofestivalı öz prioritetlərini yenə də təsdiqlədi. Qocalara hörmət, cavanlara isə - yol!   

 

Səbinə

Salaminfo.az

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az