Salaminfo.AZ: Şirvanda mal ətinin və unun qiyməti bahalaşıb Şirvanda mal ətinin və unun qiyməti bahalaşıb ================================================================================ salaminfo.az on 31/08/2010/ 14:01 Şirvanda mal ətinin və unun qiyməti artıb. Bunu Şirvan mağazalarında aparılan müşahidələr sübut edir. Belə ki, son bir həftə ərzində unun bir kisəsinin qiyməti 1 manat artaraq 17,5-18 manat olub. Sahibkarlar bunu topdansatış müəssisələrində qiymətlərin artırılması ilə izah edirlər. Eyni zamanda bazarlarda və mağazalarda mal ətinin qiyməti 1 manat artaraq 6 manat olub. Bitki yağlarının da qiymətində artım müşahidə edilir. APA