İran Avropaya neft ixracını Avropa Birliyinin sanksiyaları qüvvəyə minmədən dayandıra bilər
İran parlamenti yanvarın 29-da Avropa ölkələrinə neft nəqlinin tam dayandırılması haqqında qanun layihəsini qəbul edə bilər.
"Financial Times”ın xəbərinə görə, bu barədə İran parlamentinin energetika komitəsinin təmsilçisi Emad Hüseyni açıqlama verib.
Onun sözlərinə görə, qanun layihəsi qəbul olunsa, o zaman İran hökuməti Avropaya neft satışını Avropa Birliyinin Tehrana qarşı sanksiyaları qüvvəyə minməmişdən əvvəl dayandıracaq.
İran parlamentinin digər deputatı Naser Sudani isə “Tehran Times”a açıqlamasında deyib ki, Qərbin İrana qarşı sanksiyaları bumeranq effekti verəcək: “Çünki Avropa ölkələri İran neftini heç nə ilə əvəzləyə bilməyəcəklər. Digər tərəfdən, İrandan neft idxalına embarqo qoyulması “qara qızıl”ın qiymətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Ona görə də avropalılar İran neftini vasitəçilər vasitəsilə almağa məcbur olacaqlar ki, bu da onların xərclərini kifayət qədər artıracaq”.
Qeyd edək ki, İranın Avropaya ixrac etdiyi neftin 68%-ni Yunanıstan, İtaliya və İspaniya alır. Ötən il Avropa Birliyi ölkələri İrandan sutkada 600 min barel neft alıb.
Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
APA
-
22/02/2012/ 13:38
Berlinale hamının mükafatını verdi -
22/02/2012/ 07:30
Hollivudun bolşeviki -
22/02/2012/ 07:05
Kondoliza Rays açdı sandığı.... -
21/02/2012/ 21:40
Bizi tənha edən Xocalı -
21/02/2012/ 11:31
Keşişlikdən prezidentliyə -
21/02/2012/ 11:23
Şimali Qafqazda xeyli terrorçu məhv edilib -
21/02/2012/ 11:12
Rusiya “Suriya dostları” ilə danışmayacaq -
21/02/2012/ 08:48
Bağdad koloriti -
18/02/2012/ 08:40
İran hərbi gəmiləri Aralıq dənizinə daxil olublar -
17/02/2012/ 14:03
XIX əsrdə Amerikada dini savaşlar -
17/02/2012/ 08:40
Prezident: " Milli və dini mənsubiyyətə görə ayrıseçkiliyə yol verilməyəcək" -
17/02/2012/ 08:28
BMT-nin Baş Assambleyası Suriya ilə bağlı qətnamə qəbul edib -
17/02/2012/ 08:25
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 20 il ötür -
16/02/2012/ 10:29
Moskvada Qəbələ RLS-in statusu ilə bağlı danışıqlar keçirilib -
16/02/2012/ 10:26
Azərbaycan güləşçisi Kiyevdə qızıl medal qazandı -
16/02/2012/ 10:23
Kür Salyan və Neftçalada sürətlə qalxır -
16/02/2012/ 10:07
Hava məlumatını “ələ gələcək” -
16/02/2012/ 10:07
Korlar görməyə başlayacaq... dilin köməyi ilə -
16/02/2012/ 09:43
İtaliya, Niderland və Çexiyada resessiya başladı -
16/02/2012/ 08:56
ABŞ Dövlət Departamenti: “Rusiya ilə İran Əsədi silahlandırır” -
16/02/2012/ 08:39
ABŞ NATO-ya dəstəyinə görə Türkiyəyə təşəkkür etdi -
16/02/2012/ 08:37
“Qərb qapıları Suriyanın üzünə bağladı” -
16/02/2012/ 08:27
Amerika polisi son on ildə elektroşokla 500 insan öldürüb -
16/02/2012/ 08:25
Azərbaycan G-20 toplantısına dəvət olunub -
16/02/2012/ 08:15
İranın neft ixracını dayandırması hələ də müammalıdır






