Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | İQTİSADİYYAT | BP: İrana qarşı sanksiyalar “Şahdəniz” layihəsinə toxunmayacaq

BP: İrana qarşı sanksiyalar “Şahdəniz” layihəsinə toxunmayacaq

image

Bu barədə BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Stiv Qarlik Vyanada keçirilən konfransda çıxışında bildirib

BP şirkəti ABŞ və Avropa Birliyinin (AB) İrana qarşı sanksiyalarının “Şahdəniz” layihəsinə toxunmayacağını güman edir.

“Bloomberg”in xəbərinə görə, bu barədə BP-nin “Şahdəniz” layihəsi üzrə marketinq meneceri Stiv Qarlik Vyanada keçirilən konfransda çıxışında bildirib.

O, hazırkı anda sanksiya prosesinin layihəyə toxunmayacağına əmin olduqlarını qeyd edib. S.Qarlikin sözlərinə görə, şirkət bu məsələni nəzarətdə saxlayır, müxtəlif siyasi orqanlar və lobbiçilərlə aktiv əməkdaşlıq edir: “Bu cür nəhəng layihələr hər zaman risklərə məruz qalır. İrana qarşı sanksiyalar da bu risklərdəndir və biz bunun öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin səhmlərinin 10%-i İranın “Naftiran Intertrade Co.” şirkətinə məxsusdur.

Yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.
 
APA 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 259
Site by: WebStudio.Az