Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | İQTİSADİYYAT | Prezident Avropanın baş energetiki Ottingerlə görüşüb

Prezident Avropanın baş energetiki Ottingerlə görüşüb

image

Görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Davosda Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub. Görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb.

Görüşdə 2011-ci ilin yanvarında Bakıda prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.
 
APA 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 259
Site by: WebStudio.Az