Bölmələr
Bir birindən fərqlənməyən partiyalarımız
Bu gün müxalifətin nəyə görə iqtidara müxalif olması aydın deyil
Siyasi partiya dedikdə, hakimiyyətə gəlib və siyasi proqramını dövlət aparatı vasitəsilə həyata keçirmək istəyən ictimai birlik nəzərdə tutulur. Tərifindən bəlli olduğu kimi, digər ictimai təşkilatlardan fərqli olaraq partiyaların siyasi məqsədləri olmalıdır – hakimiyyətə gəlmək və qarşısında qoyduğu proqramı reallaşdırmaq. Nədənsə Azərbaycanda yağışdan sonra göbələk kimi bitən saysız-hesabsız partiyaların nə məramı nə məqsədi bəlli deyil. Siyasətdə çoxdan iştirak edən partiyalar isə əsasən eyni ideyaların daşıyrıcılarıdır və bir-birini təkrarlayır. Siyasi debatlarda müxalifət iqtidarı avtoritarizmdə, iqtidar isə müxalifəti səriştəsizlik və kənardan maliyyələşmədə ittiham edir. Əslində, müasir Azərbaycan seçicisi hansı partiyaya və nəyə görə səs verməli olduğunu, partiyaların hansı proqramlarla çıxış etdiyini bilmir.
Dünyada nə qədər dövlət mövcuddursa bir o qədər də siyasi sistemlər var. Hər bir siyasi sistemdə də partiyalara münasibət özünəməxsusdur. Məsələn, Ərəbistanın mütləq monarxiyalarında siyasi partiyaların yaradılması qadağandır. Yaponiyada çoxpartiyalı sistem olduğuna rəğmən, uzun illərdir ki ölkəni yalnız bir partiya idarə edir. ABŞ-da və Britaniya da əsas iki partiya mövcuddur ki, onlar hakimiyyətə gəlmək üçün daha kiçik partiyaların dəstəyini ala bilərlər. Bəzi ölkələrdə hökumət bir neçə partiyanın nümayəndələrindən ibarət ola bilər və buna “koalisiya hökuməti” və ya “milli birlik hökuməti” deyilir.
Çoxpartiyalı sistem dünyanın əksər demokratik dövlətlərində mövcuddur və hər bir partiya siyasi proqramla çıxış edir. Siyasi partiyaların proqramı dedikdə yalnız sosial və iqtisadi sahədə nəzərdə tutlan islahatlar siyahısı nəzərdə tutlmur. Istənilən partiyanın proqramını onun mənsub olduğu siyasi dünyagörüşü və ideologiyası müəyyən edir və əhali seçkilərdə konkret namizədə yox onun təmsil etdiyi ideyalara səs verir. Pariyanın hansı ideyaların daşıyıcısı olduğundan asılı olaraq onları sağçı, solçu və mərkəzçilərə bölürlər. Bəzi hallarda partiyalar liberal, mühafizəkar, sosialistlər və islahatçılar kateqoriyaları ilə müəyyən edilirlər. Bu qarışıqlıqda baş açmaq üçün dünyanın aparıcı siyasi cərəyanları ilə tanış olaq.
Respublikaçılar və demokratlar
Özünü demokratiyanın beşiyi sayan Amerika Birləşmiş Ştatlarında seçkilər zamanı vətəndaşlar iki partiya arasında seçim edir: demokratlar və respublikaçılar. Daxili siyasətdə respublikaçılar vergilərin və dövlətin iqtisadiyyata nəzarətinin azaldılması (başqa sözlə, sənaye nəhənglərinin və böyük korporasiyaların maraqlarının müdafiəsi), kilsə ilə hakimiyyətin yaxınlaşması, hətta yer üzünün Allah tərəfindən yaradılmasının təbliğatı, mənəviyyat uğrunda mübarizə, bir sözlə cəmiyyətin ideoloji əsaslarının möhkəmlənməsinin tərəfdarlarıdırlar. Onlardan fərqli olaraq demokratlar dövlətin iqtisadiyyata nəzarətinin güclənməsi və ideoloji təbliğatın səngiməsini dəstəkləyirlər. Demokratlar liberal, respublikaçılar isə mühafizəkar sayılırlar. Qeyd olunduğu kimi, mühafizəkar respublikaçıların əsas xüsusiyyəti ideoloji sərtlikdir və bu xarici siyasətdə də özünü büruzə verir. Yəni hər şeydən öncə ABŞ demokratik prinsipləri üstün tutmalı, dünyanın demokratikləşməsinə yönəlmiş “İlahi missiyası”na sadiq qalmalıdır. Bu yolda hətta iqtisadi mənfəətlərdən də imtina etmək olar. Liberallar, əksinə olaraq, iqtisadi maraqlar naminə ideoloji baryerlərin aşılmasını mümkün hesab edirlər. Bu səbəbdən adətən “demokratiya uğrunda” müharibələr və geniş ideoloji təbliğat məhz respublikaçıların hakimiyyəti dövrünə təsadüf edir, populist ritorikadan yayınma və sosial-iqtisadi islahatlar isə liberalların. Bu baxımdan ikili partiya sistemi ABŞ-da ictimai balansın qorunmasına yönəlib: respublikaçıların hakimiyyəti altında amerikalılar “dünyanın xilaskarı” rolunu ifa etməkdən bezəndə, liberallar gəlib gərginliyi aradan aparır və onlara hamı kimi sosial və iqtisadi problemlər yaşayan sıravi insan olduqlarını hiss etdirir, sıravilikdən bezəndə isə demokratlar hakimiyyət estafetini respublikaçılara ötürürlər. Nəticədə amerikaləların ruhiyyəsindən başqa heç bir şey dəyişmir.
Mühafizəkarlar, liberallar və sosialistlər
Mühafizəkar və liberal anlayışlarına toxunsaq da, qeyd olunmalıdır ki, bu bölgü yalnız ABŞ-a aid deyil. Dünyanın bir çox ölkələrində partiyalar öz siyasi baxışlarına görə mühafizəkar, liberal və s. adlandırırlar. Mühafizəkarlar (konservatorlar), adlarından bəlli olduğu kimi, cəmiyyətdə mövcud olan ənənəvi dəyərlərə sadiqdirlər. Mühafizəkar partiyaların proqramlarında dövlət təhlükəzsiliyi və ictimai asayiş prioritet təşkil edir, radikal islahatlar rədd edilir, xarici siyasətdə ənənvi müttəfiqlərin dəstəklənməsi və hərb yolunun üstünlüyü ön plana çəkilir.
Liberalizm (latınca “liber” - azad) tərəfdarları bütün ictimai sahələrin təməl bazası qismində insanın fərdi azadlıqlarını görürlər. Bu baxımdan, liberalların fikrincə, dövlət insana xidmət edir, insan dövlətə yox. İstər siyasət istər iqtisadiyyat sahələrində dövlətin nəzarəti minimuma endirilməli, ictimai qurumların fəaliyyəti isə insan azadlıqlarının təminatına yönəlməlidir.
Əgər mühafizəkarlar siyasi prioritet olaraq dövlət maraqlarını, liberallar isə insan azadlıqlarını önə çəkirlərsə, sosialist (latınca “socium” – cəmiyyət ) dünyagörüşündə mərkəzi yeri cəmiyyət anlayışı tutur. Sosialistlərin siyasi mübarizəsi cəmiyyətdə bərabərliyin bərqərar olmasına yönəlib. İnsanların maddi baxımdan bir-biri ilə fərqlənməsinin əsas səbəbi özəl əmlak olduğundan, sosialistlər özəl əmlaka qarşı çıxır, varlı insanlara qarşı yüksək vergilərin tətbiq olunması ilə yoxsulların maliyyə durumunun yaxşılaşdırılmasını istəyirlər. Bu məqsədə nail olmaq üçün dövlət iqtisadiyyata nəzarətini artırmalıdır, iri şirkətlər dövlət mülkiyyətinə keçməlidir.
Əlbəttə, bu bölgü nisbidir, çünki günümüzdə bəzi partiyalar bu üç cərəyanın bəzi elementlərini özlərində əks etdirir. Nəticədə, liberal-demokratlar, sosial-demokratlar, demokrat-sosialistlər, sosial-liberallar, neokonservatorlar və s. cərəyanlar yaranır. Bu partiyaların bir-birini əvəz etməsi, əslində, ölkədə siyasi-iqtisadi balansın qorunmasına və əhalinin dəyişkən tələblərinin təmin olunmasına xidmət edir: stabillik lazım olanda mühafizəkarlar, islahatlar tələb olunanda sosialistlər, dövlət nəzarətinin zəifləməsi gərəkliyi ortaya çıxanda isə liberallar hakimiyyətə keçirlər.
Sağçılar, solçular və mərkəzçilər
Avropa ölkələrində adətən siyasi palitranı təsvir etmək üçün sağçı, solçu və mərkəzçi terminlərindən istifadə olunur. Sağçı-solçu bölgüsün kökü Fransa Burjua inqilabına çıxır. Beləki, 1791-ci ildə təsis edilən Qanunverici Şuranın iclaslarında tamamilə təsadüfən inqilabçılar (yakobinlər) sədrin solunda, konstitusiya monarxiyasını dəstəkləyənlər (felyanlar) sədrin sağında, tərəddüd edən respublikaçılar (jirondistlər) isə zalın mərkəzində əyləşirdilər. Beləliklə də “sağçı” mürtəce və mühafizəkar qüvvələr, “solçu” isə radikal islahatlar tərəfdarlarına deyilməyə başladı. Bu iki təməyyül arasında olan partiyalar isə mərkəzçi adlandırıldı. Tədricən siyasi dünyagörüşü inkişaf edən bu qüvvələrin ideoloji fərqləri də hiss olunmağa başladı. Sağçılar fərdin və onun əmlakının təhlükəsizliyini, dövlət tərəfindən ölkənin siyasi və iqtisadi həyatına nəzarətinin məhdudlaşdırırlması tələbini ortaya qoydular. Sağçıların fikrincə, dövlətin ictimai həyata qarışması insanların azadlığını əlindən alırdı. Solçular isə dövlət aparatı vasitəsilə iqtisadi eqlitarizmin, bərabərliyin təmin olunmasını tələb edirdilər. Onların qənaətincə, sosial bərabərliyi yalnız güclü dövlət nəzarəti ilə təmin etmək mümkündür. 200 il keçdikdən sonra bu günkü Avropa sağçısı və solçusu öz xələflərindən xeyli fərqlənir. Müasir Avropada hesab olunur ki, sağçılar fərdin maraqlarını, solçular isə cəmiyyətin və dövlətin maraqlarını üstün tutan siyasi cərəyanlardır. Həmçinin, partiyaların siyasi baxışlarına görə onları sağçı-mərkəzçi, solçu-mərkəzçi, ultra-sağçı və ultra-solçu kimi ara kateqoriyalara aid edirlər. Qeyd olunmalıdır ki, müasir dövrdə hansısa siyasi qüvvəni sağçı və ya solçu kimi müəyyən etmək çətindir, ancaq ümumi qəbul olunmuş qaydalara görə etnik və ya dini zəmində formalaşan partiyalar sağçı, kommunist və sosialistlər solçu, orta mövqedə olanlar (adətən xalq partiyaları) isə mərkəzçilər adlanırlar. Hər halda, bu bölgü cəmiyyətdə mövcud olan siyasi baxışların spektrini özündə əks etdirir.
Siyasi qaranlıq
Çox güman ki, Azərbaycanda vətəndaş cəmiyyətinin, hüquqi dövlətin formalaşması ilə siyasi partiyaların bölgüsü də qeyd olunan modellərə uyğunlaşacaq. Ancaq bu model Azərbaycanın özünəməxsus siyasi tarixini və cəmiyyətdə olan siyasi təmayülləri əks etməlidir, Avropanın quru təqlidi olmamalıdır. Bu mümkün də deyil, çünki Avropada siyasi spektrin formalaşması tamam fərqli proseslərin təsiri altında baş tutub. Məsələn Azərbaycanda heç zaman monarxistlər və ya respublikaçılar olmayıb və yaxud Azərbaycanda və qərbdə millətçilik anlayışı üst-üstə düşmür.
Ölkəmizdə siyasi partiyaların yaranma tarixi Çar Rusiyası dövründən başlayır və əsrin əvvəllərində mövcud olan siyası baxışlar müstəqillik dönəmində gündəmə gəldilər. Azərbaycanlıların dəstəklədiyi əsas ictimai-siyasi cərəyanlar islamçılıq və türkçülük idi. Cümhuriyyət zamanı bu iki ideyalar dövlətçiliyin təməlini təşkil edirdi. Sovetlərin gəlişi ilə ölkədə birpartiyalı sistem bərqərar olundu və Kommunist Partiyası bütün rəqiblərini zor gücü ilə siyasi arenadan uzaqlaşdırdı. 1987-ci ildə milli dirçəliş fonunda ölkədə islamçı və türkçülər yenidən fəallaşdılar və milli hərəkat islamçıların zəifləməsi və millətçilərin (etnik millətçilər) hakimiyyətə gəlməsi ilə nəticələndi. Müasir dövlətçiliyin təməlini qoyan Heydər Əliyevin gəlişi ilə dövlətçilik (vətəndaş millətçiliyi) ideyaları geniş vüsət tapdı. Bu arada ölkədə solçu təmayüllü partiyalar təsis edildi, dini oyanış fonunda isə islamçılar üçün münbit şərait yarandı.
Göründüyü kimi kiçik bir ölkə üçün siyasi ənənmiz elə də yoxsul deyil, ancaq yenə də ölkədə mövcud olan ictimai-siyasi hərəkatların siyasi platformaları, ideyaları sadə seçici üçün qaranlıqdır. Bu gün müxalifətin nəyə görə iqtidara müxalif olması aydın deyil. Maraqlısı odur ki, elə eyni ideyaları bölüşən siyasətçilərin nəyə görə müxtəlif partiyalar yaratdıqları da məlum deyil. Siyasi palitra bayağı yolla hansısa partiyaları ruspərəst, türkpərəst, iranpərəst və ya amerikapərəst adlandırmaqla müəyyənləşir, siyasi fikir kəsadlığını kompensasiya etməkdən ötrü isə Cənubi Azərbaycan məsələsi ortaya atılır. Hansı partiyanın sadə seçicisinə və ümumiyyətlə millətə nə təklif etdiyini eşitmək əvəzinə vətəndaşımız 20 ildir “istefa” şüarından başqa bir şey eşitmir. İstənilən siyasi qüvvə nəyə görə “siyasi qüvvə” olduğunu anlada bilmədiyindən bütün təbliğatını əsasən xarici siyasət barədə təxəyyülləri, utopik arzuları üzərində qurub. Sadə seçiciyə isə kimlərinsə xülyaları maraqlı deyil...

Samir
Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir
BÜTÜN XƏBƏRLƏR
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi
1
xəbər sayı
1 - 25
və
268