Vəd olunmuş torpaq – Fələstin
Artıq yarım əsrdir ki, Yaxın Şərq dünyanın ən qaynar nöqtəsi olaraq qalır
İsrail-Fələstin münaqişəsi istər Soyuq müharibə dövründə, istərsə də birqütblü sistemin hakim olduğu 90-cı illərdə, istərsə də çoxqütblü düzəmin formalaşdığı müasir dövrdə daim böyük dövlətlərin xarici siyasətində prioritet məsələlərdən olsa da, öz həllini tapa bilməyib. Əksinə, vəziyyət getdikcə kəskinləşir. Əgər öncəki illərdə bu münaqişənin sırf siyasi xarakter daşıdığı iddia olunurdusa, hazırda problemin dini cəhətləri daha qabarıq şəkildə özünü göstərməkdədir.
Vəd olunmuş torpaq
Hazırkı Fələstin ərazisi dünyanın ən qədim sivilizasiyalarının mövcud olduğu bir tarixi məkanda yerləşir. Fələstin ərazisi bir çox peyğəmbərlərin vətəni olmuş, bir çox peyğəmbər buraya gəlmişdi. Günümüzə kimi məlum olan səmavi kitabların hamısında Fələstindən bəhs olunur və bura “vəd olunmuş torpaq” kimi qeyd olunur. Bunun səbəbi isə Fələstinin Həzrət Musaya (ə) iman gətirən və Misir fironunun zülmündən qaçan Bəni-İsrailə sülh və əmin-amanlıq yeri kimi vəd olunması idi. Xristian və müsəlman ənənəsində bu məsələyə müəyyən tarixi şərait kontekstində baxılsa da, yəhudi dinində, xüsusən sionizmdə “Vəd olunmuş torpaq” anlayışı bu günə kimi siyasi görüşlərin əsasını təşkil edir.
“Bəqərə” surəsində yəhudilərə müraciət edən Quran bildirir ki, yəhudilər əvvəlcə ilahi peyğəmbərə itaət etdiklərinə görə, Allah onları üstün qövm kimi seçdi. Ancaq onlar Allahın bu etibarını doğrultmadılar və bəqərəyə (buzova) sitayiş etdilər. Həzrət Musanın (ə) dövründə bütpərəstlikdən əl çəksələrdə, elə onun Fələstin ərazisində yaşayan bütpərəstlərlə müharibə əmrinə tabe olmadılar. Daha sonra isə təkəbbür və inadkarlıq edib Allahın göndərdiyi peyğəmbərlərin çağırışını rədd edib onalrı öldürdülər, Həzrət İsanın (ə) timsalında baş verdiyi kimi. Xristian dinində də həmin hadisələr buna bənzər şəkildə nəql olunur.
İudaizmə əsasən isə, yəhudi milləti ən qədim və üstün millətdir. Şəriət, yəni dolğun dini qayda-qanunlar toplusu, yalnız və yalnız yəhudilərə nazil olub, çünki onlardan başqa şəriətə əməl edə biləcək millət yoxdur. Digər xalqlar isə Nuha nazil olmuş 10 gösətərişə əməl etsələr kifayətdir, onsuz da ali mənəvi məqamlara çatmaq üçün göndərilən şəriət İsrail peyğəmbərin (ə) övladlarına aiddir. Bu baxımdan, yəhudilik müstəsna olaraq Bəni-İsrailin dinidir, digər qövmlər bu dini qəbul edə bilməzlər, çünki yəhudilər bəşəriyyət üçün bir nümunədir, bəşəriyyətin ən fəzilətlisidir.
Yəhudilərin iddiasına əsasən, İbrahim peyğəmbərin (ə) iki oğlu olan İsmayıl (ə) və İsrail ləqəbli Yaqub (ə) Habil və Qabilin misalındadırlar. Qabil yaxşılığın təcəssümü olduğu kimi Yaqub (ə) da xeyirxahlığın timsalıdır, Habil cinayət və şirkin əsasını qoyduğu kimi, İsmayıl (ə) da onun yolunu davam edib. Beləliklə də İsmayılın nəslindən olan ərəblər və onların “uydurduqları” İslam dini şərrin və cinayətin təcəssümüdür. Həm xristianlar, həm müsəlmanlar Nuha nazil olan 10 göstərişdən birinə - yalançı din uydurmamağa əməl etmədiklərindən cəhənnəm əhlidir. Ümumiyyətlə, yuxarıda qeyd olunan hadisələri yəhudilər tam əks formada nəql edirlər.
Sionizm
Tövratı şərh edən yəhudi alimləri bildirirlər ki, Bəni-İsrail həmişə ilahi göstərişlərə əməl edib, məhz bu səbəbdən onalrın başı tarix boyu ağrıyıb. Onlar dəfələrlə “Vəd olunmuş torpaq”dan qovulsalar da iki dəfə yəhudi xilaskarları (messiyalar) onları bu əraziyə qaytarıb. Hazırki dövrdə isə üçüncü messiya gəlməli və Bəni-İsraili Fələstin ərazisində cəmləşdirməlidir. Ondan sonra bütün bəşəriyyət İsrailə tabe olmalı, tabe olmayanlar isə məhv edilməlidirlər. Elə bu prinsip sionizmin əsasını təşkil edir.
Sionizm termin olaraq “Sion” (müsəlman ədəbiyyatında “Sina”) dağının adından götürülüb. Yəhudi tarixində Sion dağı Babilistan hökmdarlarının dövründə Fələstindən qovulmuş Bəni-İsrailin “itirlmiş vətəninin” rəmzidir. Burada onu qeyd etmək yerinə düşər ki, hazırkı fələstinlilər Bəni-İsrailin İslamı qəbul edib ərəbləşmiş qoludur.
XIX əsrin ikinci yarısında Avropa yəhudiləri tərəfindən “Xovevey Sion” adlı hərəkat yaradıldı. Bu hərəkat yəhudiləri Fələstinə köçməyə təşfiq edirdi. Ancaq 1890-cı ildə ilk dəfə olaraq “Sionizm” siyasi partiya kimi təqdim olunmağa başladı. “Xovevey Sion”dan fərqli olaraq sionizm yəhudilərin Fələstinə qayıtmasını, yəhudilərin millət olaraq Fələstində vahid dövlətdə birləşməsini siyasi məqsəd kimi qarşısına qoyurdu. 1897-ci ildə isə İsveçrənin Bazel şəhərində sionistlərin ilk ümumdünya konqresi keçirildi. Burada tarixi hadisələrin xronikasını vermək qəsdimiz yoxdur. Sadəcə Birinci ümumdünya sionist konqresi yəhudi, bəlkə də bütün dünya tarixində yeni dövrün başlaması demək idi.
Yəhudilər tarixən özlərini məzlum xalq kimi təqdim etməyə çalışıblar. Öncə qeyd olunduğu kimi, yəhudi milləti özünü hamıdan üstün və bəşəriyyətə Allah tərəfindən ağalıq etməyə seçilmiş qövm kimi qəbul edir. Bu məsələ iki dəfə özünü praktikada doğruldub – Həzrət Musa (ə) və Həzrət Davudun (ə) dövründə yəhudilər “Vəd olunmuş torpaq”da hökmranlıq etmişlər. Ancaq hazırda üçüncü messiyanın gəlişi ilə bu məsələ kamil şəkildə icra olunacaq və yəhudilər qlobal miqyasda insanları özlərinə tabe edəcək və onlara düzgün yaşamağı öyrədəcəklər. Elə sionizmin yaranması da bir növ yəhudilərin “qurban” dövründən çıxıb “cəllad” dövrünə qədəm qoymalarının, messiyanın gəlişinə zəminə yaradılmasının simvoluna çevirildi.
Qərbi Avropada hüquqlarının pozulduğunu iddia edən yəhudilər həmişə burada yüksək vəzifələr tuturdular. Bu ölkələrin içində ən çox yəhudi icmasının təsirində olan Böyük Britaniya sionizmə dayaq oldu və yəhudi ailələri Osmanlı dövlətinin ərazisi sayılan Fələstinə köçürülməyə başladı. Hətta sultan Əbdül-Həmidə Fələstində yəhudi dövlətinin yaradılması barədə təklif edilsə də sultan bunun yalnız onun cəsədi üzərindən baş tutacağını bildirmişdi. Dövlət yaradılmasa da yəhudilərin Fələstinə köçü davam edirdi. Bu zəmində dəfələrlə yerli əhali ilə köçmələr arasında münaqişə baş verirdi. Nəhayət, sionistlərin ali amallarının icrası üçün münbit şərait yaradıldı – İkinci dünya müharibəsi zamanı Holokost baş verdi. Bu hadisənin həqiqətən baş verib-verməməsi tarixçilər arasında şübhə doğursa da, Holokost bir növ yəhudilərin ən məzlum xalq kimi təsdiqlənməsi və “məzlumluğunun” konpensasiyası kimi istədiklərini edə bilməsi üçün səbəb oldu.
Onu qeyd edək ki, yunan mənşəli “holokost” sözü İncildən götürülüb və “bütövlüklə yandırılan” deməkdir. Qətliam mənasını verən bu termin ilk dəfə Birinci Dünya Müharibəsi zamanı ingilislər tərəfindən “erməni soyqırımı”nı ifadə etmək üçün istifadə olunub. Daha sonra 1942-ci ildə alman faşistlərinin yəhudilərin iddia edilən qətliamına da holokost deyilməyə başladı.
Fələstin
Birinci dünya müharibəsindən sonra Osmanlı dövləti parçalandı və Fələstin Britaniyanın tabeçiliyinə keçdi. İki dünya müharibəsi zamanı yəhudilərin Fələstinə köçü demoqrafik vəziyyəti gözəçarpacaq dərəcədə dəyişdi. Əgər 1922-ci ildə Fələstinin cəmi 11 faizi yəhudi idisə, 1945-ci ildə bu göstərici 33 faizə kimi yüksəldi. Ərəblərlə yəhudilər arasında baş verən mütəmadi qarşıdurmalar Britaniya üçün əngəllər törədirdi və 1947-ci ildə Britaniya Fələstin üzərində mandatdan imtina etmək istədiyini bildirdi. Nəhayət, 1947-ci ildə BMT Fələstində yəhudi və ərəb dövlətlərinin yaradılması və Qüdsün BMT nəzarətinə keçməsi barədə qətnamə qəbul etdi və 1948-ci ildə İsrail özünü dövlət kimi elan etdi. Ancaq ərəblər öz ərazilərində əsassız olaraq yəhudi dövlətinin yaradılması ilə razılaşmadı və İsraillə müharibəyə başladı. Qərb dövlətlərinin yardımı ilə qələbə çalan İsrail Fələstinin yeni ərazilərini işğal etdi. Nəticədə, Fələstin Qəzza adlı sahilyanı sektor, İordan çayının qərb sahili və Şərqi Qüdsə bölündü. Bu əraziləri birləşdirən bütün torpaqlar isə İsrailin nəzarətinə keçdi. 1967-ci ildə Bütün sadalanan ərazilər, Misirə aid Sinay yarımadası və Suriyaya aid Qolan təpəlikləri İsrail tərəfindən işğal olundu. Qərb Sahili, Qəzza və Şərqi Qüds Fələstin muxtariyyatı adı aldılar.
Yəhudilərin köçü nəticəsində hələ 1955-ci ildə bu ərazilərdə onların sayı 800 mindən 2 milyona qədər artdı. Həmin yəhudilər üçün şəhərciklər salmaq məqsədilə İsrailin birinci baş naziri Ben Qurion Almaniyadan təzminat almağı qərara aldı. Bu isə bəzi dindar yəhudilər tərəfindən düşmənlə əməkdaşlıq kimi dəyərləndirildi. Qeyd olunmalıdır ki, Fələstin ərazisində yəhudi məskənlərinin salınması və Fələstinin yəhudiləşdirilməsi siyasəti bu günə kimi aparılır. Beynəlxalq ictimaiyyət İsraili bu siyasətə son qoymağa çağırsa da, vəziyyət dəyişmir.
1979-cu ildə Kemp Devid razılaşmasına əsasən Misir İsraili tanıdıqdan sonra Sinay yarımadasının əksər hissəsi Misirə qaytarıldı. 1980-cı ildə isə İsrail Qolan təpəlikləri və Qüdsün anneksiyasını elan etdi. Bu anneksiya beynəlxalq ictimaiyyət tərəfindən tanınmasa da, qeyri-qanuni adlandırılsa da İsrail öz yolundan dönmədi. 1987-ci ildə Fələstin xalqı İsrailə qarşı üsyan edərək 6 il davam edən İntifazə hərəkatına başladı.
1967-ci ildən bəri İsrailin muxtariyyatı kimi tanınan Qərb Sahili və Qəzzanın statusu isə 1993-cü ildə dəyişdi. Beləki, Fələstinin azadlığı uğrunda mübarizə aparan Fəth hərəkatının o vaxtkı lideri Yasir Ərəfat İsrail dövlətini tanıdı. Nəticədə, İsrail də Fələstin dövlətinin yaradılmasına razılıq verdi, ancaq bu vəd söz olaraq da qaldı. Fələstin muxtariyyatı 3 zonaya bölündü: ərazinin 17 faizi özünüidarəetmə hüququ aldı, 24 faizi İsrailin hərbi nəzarəti altında özünüidarəetmə hüququ aldı, 51 faizi isə İsrailin tam nəzarəti altında qaldı. 2003-cü ildə Qərb sahili ilə sərhəddə Qəzza sərhəddində olduğu kimi “Təhlükəsizlik divarı” inşa olundu ki, bu da ərəb gettolarının yaranması demək idi.
2000-ci ildə Kemp Devid sammitində ABŞ-ın vasitəçiliyi ilə Yasir Ərəfat və İsrail baş naziri Ehud Barak görüş keçirdilər. Ehud Barak Ərəfata təklif etdi ki, Fələstin muxtariyyatının 97 faiz ərazisində ərəb dövləti yaradılsın. Bu o demək idi ki, onsuzda Fələstin ərazisində dövlət yaratmış İsrail, onun qalıqlarının 3 faizini də ələ keçirmək istəyirdi. Ərəfat bununla razılaşmadı və ikinci İntifazə başladı. 2004-cü ildə Yasir Ərəfatın ölümü ilə İntifazə də faktiki dayandırıldı, hərçənd ki, formal olaraq müqavimət davam edirdi.
2006-cı ildə Fələstin muxtariyyatında parlament seçkiləri keçirildi və qələbəni HƏMAS (Fələstin Milli Müqavimət Hərəkatı) təşkilatı əldə etdi. Ancaq İsrail bununla razılaşa bilmirdi, çünki HƏMAS Yasir Ərəfatın imzaladığı sazişləri tanımırdı. Bu isə yəhudilərin “Vəd olunmuş torpağa qayıdış” idealarına bir zərbə idi. İsrailin dəstəyi ilə Fəth HƏMAS-a qarşı çıxdı və tərəflər arasında qarşıdurma baş verdi. Nəticədə HƏMAS Qəzzada, Fəth isə Qərb sahilində hökumət başına keçdilər. Bu səbədən İsrail Qəzzanı blokadaya saldı. Blokada nəticəsində dözülməz şəraitdə yaşayan fələstinlilər HƏMAS başçılığı ilə İsrailə qarşı çıxdılar və 2008-ci ilin dekabr ayında İsrail Qəzzaya hücum etdi. Üç həftə davam edən fələstinlilərin qətliamı belə İsrailin qələbəsinə səbəb olmadı. HƏMAS-ın müqaviməti İsraili əməliyyatların dayandırılmasına vadar etdi. Bu Livan ərazisində Hizbullahla savaşdan sonra İsrail tarixində ikinci məğlubiyyət idi ki, dünyada mövcud olan İsrail ordusunun məğlubolmazlığı barədə təsəvvürlərə son qoydu. 2009-cu ilin sentyabrında BMT-nin keçirdiyi istintaq nəticəsində İsrailin Qəzzada hərbi və humanitar cinayətlər törətdiyi məlum oldu və BMT müvafiq qəttnamə ilə çıxış etdi.
İsrail
İsrailin siyasi sistemi olduqca mürəkkəb və dolaşıqdır. Sionizm hərəkatı nəticəsində yaranan İsrailin ideoloji əsasını təbii ki, sionizm təşkil edir. Bu isə İsrailin dünyavi deyil, dini siyasi quruluşa malik olduğunu göstərir. Həmçinin İsrailin Konstitusyasını yəhudi dini ehkamları əsasında yazılmış qanun toplusu əvəz edir. Qeyd olunduğu kimi, İsrail özünün dövlət olaraq təsdiqlənməsini üçüncü messiyanın gəlişinə və ümümbəşəri yəhudi hökmranlığının bərqərar olunmasına zəminə görür. Əgər ərəblərlə münaqişənin ilkin mərhələlərində bu müharibənin sırf milli zəmində baş veridiyi nümayiş etdirilirdisə, hazırda bu münaqişənin kökündə sionizmin, yəhudi dini ideyalarının durduğu heç də gizlədilmir. İsrailin dövlət və din xadimləri açıqcasına müsəlman və xristianları qanları halal olan kafir elan edirlər. “Vəd olunmuş torpaq”da İsrail dövlətinin qurulması kimi “ali məqsəd” naminə bu kafirlərin qadın və uşaqlarına belə rəhm etməmək tövsiyə olunur. Ancaq İsrail siyasi və dini elitası daxili birliyə malik deyil.
Hazırda İsraildə üç əsas siyasi cərəyanı qeyd etmək olar. Onlardan birincisi solçu qüvvələrdir. Solçuların fikrincə, İsraildə dünyavi və demokratik bir dövlət yaradılmalı, ifrat dini-millətçi ideyalardan imtina edilməlidir. Bu məqsədlə solçular ərəblərin yaşadığı ərazilərdə yəhudi məskənlərinin salınmasına qarşı və ərəblərin Fələstin dövlətinin yaradılmasının lehinə çıxırlar. Bütün bunlara rəğmən, solçular sionizmdən tam imtina etmirlər.
Sağçılar kimi tanınan dindar-millətçilər sionizm amallarına tam şəkildə sadiq olaraq Fələstin dövlətinin yaradılmasına ziddirlər. Onların fikrincə Erets-İsraeldə (İsrail torpaqlarında, yəni bütün Fələstin ərazisində) yəhudilərdən başqa heç kəsin dövləti ola bilməz. Onlar açıqcasına bildirirlər ki, demokratiya yəhudilər üçün deyil və bu baxımdan ABŞ-a düşmən gözü ilə baxırlar.
Deyilənlərə rəğmən, praktika onu göstərir ki, İsrail tarixində istər sağçıların, istərsə də solçuların hakimiyyətdə olduqları müddət sionizmə əsaslanan əsas siyasi xətdən heç kəs yayınmayıb. Bundan əlavə İsrail daim qərbyönlü və ABŞ-a arxalanan xarici siyasət yürüdüb.
Üçüncü qrup isə “ortodokslar”, yəni “möminlər” kimi tanınan dindar yəhudilərdir. Sağçıların dindarlığını saxta, sionizmi isə Həzrət Musanın (ə) təlimlərinə zidd sayan ortodokslar İsrailin dövlət kimi mövcud olmağa hüququ olmadığını bildirirlər. Ortodokslar Bəni-İsrailin “Vəd olunmuş torpağ”a qaytarılmasını yalnız üçüncü messiyanın səlahiyyətində olduğunu bildirirlər. Bu səbəbdən onlar İsrail dövlətini qeyri qanuni törəmə kimi qəbul edir, onun qanunlarına tabe olmağı isə Allahın hökmünə zidd olduğunu hesab edirlər.
Böyük Yaxın Şərq
Bəlkə də, böyük dövlətlərin maraqları olmasaydı ərəb-yəhudi savaşı bu qədər rezonansa səbəb olmazdı. Kökündə “yəhudi məhdəviyyəti” idealları duran bu savaş ABŞ-ın “Böyük Yaxın Şərq” planının həlledici məqamıdır. Vaşinqtonun İsraili gah dəstəkləməsi gah tənqid etməsi böyük bir strateji planın gerçəkləşməsinin – ABŞ-a tabe olan təbii enerji mənbələri ilə zəngin böyük bir regionun yaradılmasının - tərkib hissəsidir. BMT-nin Qoldstounun hesabatı əsasında verdiyi qətnaməyə beynəlxalq ictimaiyyətin birdən-birə insafa gəlib Qəzza xalqına can yandırması kimi yanaşmaq düzgün deyil. Bunun ABŞ-ın ərəblərin etimadını qazanmaq üçün sifariş etdiyi qərar olduğuna şübhə yoxdur. Hazırda ərəb dövlətləri də, İsrail də ABŞ-la sıx münasibətlərə malikdirlər. Ancaq Vaşinqtonun apardığı ikili standartlar siyasəti həm yəhudi, həm ərəb cəmiyyətində antiamerikanizmin geniş yayılmasına səbəb olur. Beləliklə də, Yaxın Şərqdə yeni anti-ABŞ qüvvəsinin formalaşmasını müşahidə edirik. Livan və Yəmən müharibələri, Hizbullah, HƏMAS, hüsiçilər və Suriyanın İran təsirinə düşməsi, İraqda siyasi bataqlığın yaranması, Türkiyənin islamlaşması bunun ən bariz nümunələridir. Amerikanın “Böyük Yaxın Şərq” planı hazırkı metodlarla reallaşmasa da, regionun gələcəyi müəmmalı olaraq qalır.
“Salam” Analitik Mərkəzi
Məlumatdan istifadə edərkən "salaminfo.az"a istinad vacibdir
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






