Hollivudun bolşeviki
Böyük Britaniyada Çarli Çaplinlə bağlı gizli məlumatlar üzə çıxdı
Böyük Britaniyanın Milli Arxivi fevralın 17-si Çarli Çaplinin qovluğu üzərindən “məxfi” dərkənarını yığışdırıb. Ötən əsrin 50-ci illərində Britaniya əkskəşfiyyatı Mİ5 Amerika FTB-sinin xahişi ilə aktyoru güdürmüş. Heç demə amerikaləlar onu kommunistlərlə əlbir olmaqda şübhəli bilirdi.
Çarli Çaplin ABŞ hakimiyyəti və cəmiyyətin mühafizəkar hissəsinin rəğbətini qazana bilməmişdi. Onun satirik qəhrəmanlarının prototipləri zəmanənin konkret siyasi xadimləri idi. Çaplin 40 il ABŞ-da yaşasa da, bu ölkənin vətəndaşlığını qəbul etmir. Ötən əsrin 40-cı illərində Britaniyaya köçür. Yetkinlik yaşına çatmamış qızlardan xoşlanırdı (onun rəsmi nikaha girdiyi iki xanımının 16 yaşı olub). Siyasi mövqeyinə görə mühafizəkarlar onu “kommunistlərin tulası” adlandırırdı. 1952-ci ildə növbəti filmini çəkmək üçün Londona gələn komik bir daha ABŞ-a qayıda bilmədi. FTB onun ölkəyə buraxılmaması üçün əlindən gələni edirdi. Bundan sonra o İsveçrəyə köçür, 1977-ci ildə vəfat edir. Yalnız bir dəfə - 1972-ci ildə ABŞ-a buraxılır, o da ki, Oskar mükafatını almaq üçün. Bununla belə, ABŞ və Britaniya kəşfiyyatı Çaplinə qarşı kompromat axtarışına davam edirdilər.
1952-ci ildə Mİ5 agenti amerikalı həmkarlarına Çaplinin on il öncə Amerika-Sovet dostluğu cəmiyyətinin iclasında belə dediyini bildirmişdi: “Kommunizmdə çoxlu yaxşılıqlar var. Biz yaxşını götürüb, pisdən imtina edə bilərik”. Habelə məlum olub ki, “Heyvandarlıq ferması” və “1984” adlı antiutopiyaların müəllifi, məşhur yazıçı Corc Oruell öülümndən bir qədər öncə - 1950-ci ildə Britaniya XİN-ində çalışan dostuna kommunizm yardımçılarının siyahısını vermişdi. Sol təməyyüllü mətbuat isə Çaplin barədə xoş sözlər yazmaqla, vəziyyəti daha da gərginləşdirirdi. “The Daily Worker” qəzeti onun barədə yazırdı: “Onun yaradıcılığı sadə insanın varlılara qarşı qalxmasına kömək edir”. Həmin siyahıda Çaplinin də adı var idi. Artıq FTB komiki “Hollivudlu bolşevik” deyə çağırırdı.
Çaplinə qarşı toplanan ən maraqlı kompromatlardan biri, onun Ayvor Montegü ilə tanışlığı ola bilərdi. Kinotənqidçi, habelə Stolüstü Tennis üzrə Beynəlxalq Agentliyin ilk prezidenti olan Montegü SSRİ Dövlət Kəşfiyyat İdarəsinin agenti idi. Onun cəsus ləqəbi “İntellegensiya” idi. İlk baxışdan, məhz bu insanla tanışlıq Çaplinə baha başa gəlməli idi. Lakin, Mİ5 arxivlərində bununla bağlı cəmi bir teleqram tapılıb, o da ki, Montegünun London səfəri zamanı Çaplinlə görüşə bilməməsindən təəssüfləndiyini bildirirdi.
Çaplin barədə məlumat toplayan Britaniya kəşfiyyatı nəticədə belə qərara gəlir ki, aktyor dövlət təhlükəsizliyinə təhdid sayılmasa da, kommunist təbliğatı ondan istifadə edə bilər. Lakin, bununla belə, Çaplin barədə maraqlı məlumatlar bitmir. Düzdü, kəşfiyyatçılar aktyoru hansısa qalmaqallı cəsus savaşında ittiham edə bilmədilər, amma hesabatın protokol hissəsində olduqca maraqlı bir məlumat tapıldı.
Beləki, rəsmi məlumata əsasən Çarlz Spenser Çaplin (aktyorun tam adı) 1889-cu ildə Londonda musiqili teatr artistlərinin ailəsində dünyaya gəlib. 1910-cu ildə yoxsulluqdan can qurtarmaq istəyən Çarli Amerikaya köçür. Bu məlumat bir çoxlarında şübhə yaradırdı. Beləki, aktyorun şəxsi arxivi 2011-ci ildə açıldıqda, onun Birmingem yaxınlığındakı qaraçı tayfasında anadan olması barədə məktub aşkar edilmişdi. Çox adam buna inandı. Heç demə, FTB də o zaman Çaplinin əsil-kökü barədə şübhələrə dalmışdı. Mİ5 agentləri amerikalı həmkarlarına bildirirdilər ki, Çaplinin əsl adı İzrail Tornşteyn ola bilər. Britaniya kəşfiyyatçıları Çarlz Çaplin adına doğum şəhadətnaməsi tapa bilmədiyindən, onun ya başqa ölkədə anadan olduğunu, ya da ki, adını dəyişdiyini ehtimal edirdilər. Skotland-Yarddakı mənbələrdən biri aktyorun Paris yaxınlığında dünyaya gəldiyini bildirsə də, onun fransız olmasına heç kəs inanmadı. Britaniya xüsusi xidmət orqanları Çaplinin köklərini Rusiyada da axtarıbmışlar. Beləki, komik bir dəfə “Rusiyaya qayıtmaq istəyirəm” deyə bildirmişdi. Bununla onun nə demək istədiyini heç kəs anlamadı. Bəziləri Çaplinin sadəcə SSRİ-yə getmək arzusuna düşdüyün, bəziləri isə onun Rusiyadan qaçan yəhudi olduğunu fərz edirlər.
Bütün müammalara baxmayaraq, məlum olub ki, Çaplin kommunist olmayıb. Aktyor 1948-ci ildə immiqrasiya xidmətinə öz dili ilə etiraf etmişdi: “Mən liberalam, həmişə dünyada sülh məsələsi məni narahat edib. Lakin bu, mənim kommunizmlə maraqlanmağım demək deyil”.
“The Times” yazır ki, böyük komikin tarixi ABŞ-ın SSRİ ilə mübarizədə “antikommunist paranoyasına” tutlduğunun bariz nümunəsidir.
Salaminfo.az
-
15/05/2012/ 15:47
Bred Pit “Sultanın hərəmi”nə dəvət olunub? -
15/05/2012/ 15:09
Darvinin eksperimentləri bərpa olunur -
15/05/2012/ 14:40
Ən böyük allahsızlar kimlərdir? -
15/05/2012/ 14:14
Ərəb monarxiyaları birləşmək fikrinə düşüblər -
15/05/2012/ 13:55
Avropalılar pulun rəmzi olan bürünc öküzü “qurban kəsdilər” -
15/05/2012/ 13:36
Yohan Qaltunq sionizmi tənqid etdi -
15/05/2012/ 13:34
Vicdan məhbusları aclığa başlayıblar -
15/05/2012/ 13:33
Ziyalılar Azərbaycanın imicinin azalmasından narahatdır -
15/05/2012/ 13:32
Qobustan həbsxanasında aclıq aksiyası -
15/05/2012/ 13:31
Milli Məclisdə bələdiyyə xəritələri üstündə mübahisə yaranıb -
15/05/2012/ 13:30
Azərbaycan prezidenti Rusiyaya yola düşüb -
15/05/2012/ 13:27
Əsgər hərbçi yoldaşını, sonra isə özünü öldürüb -
14/05/2012/ 15:28
Şəki və Lənkəranda da zəlzələ oldu -
14/05/2012/ 11:51
ATV rəhbərliyi dəyişdirildi -
14/05/2012/ 11:50
Lənkəranda polis-dindar qarşıdurması baş verib -
14/05/2012/ 11:46
İctimai Palata meriya qarşısında aksiya keçirir -
14/05/2012/ 11:45
Azərbaycan prezidenti İrana səfər edəcək -
10/05/2012/ 15:48
Amerika ali məktəbləri “distant təhsil inqilabı” elan etdilər -
10/05/2012/ 15:26
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü yekdilliklə dəstəklədi -
10/05/2012/ 15:20
Din, elm və siyasət -
10/05/2012/ 15:19
Yuyulan mürəkkəblə əldə olunan qələbə -
10/05/2012/ 15:17
Kanada tələbələri ayağa qalxdı -
10/05/2012/ 15:16
Mavritaniyada da anti-rejim üsyanı başladı -
10/05/2012/ 15:14
“Britaniyanın iqtisadi artım barədə sözləri puçdur” -
10/05/2012/ 15:12
ABŞ prezidenti ilk dəfə eynicinsli nikahı dəstəklədi






