Arxiv
first first May, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
Baş səhifə | BİZİM BARƏDƏ | Baş redaktordan

Baş redaktordan

image

Salam sülh və əmin-amanlıq deməkdir

Salam! Hər birimizin körpə yaşlarımızdan ilk öyrəndiyimiz sözlərdəndir salam. Hər bir insanla ünsiyyət yaratdığımız zaman ilk işlətdiyimiz kəlamdır salam. Salamı söyləyən zaman heç nə fikirləşməyə ehtiyac duymuruq. Daha doğrusu buna ehtiyac yoxdur. Hər şey salamdan sonra başlayır. Bütün fikirlər, duyğular və s. Salam bir girişdir. Tanıdığın və ya tanımadığın hər hansı bir insanın, cəmiyyətin və ya mühitin daxili aləminə  bir giriş. Elə bir giriş ki, onu bacarmaq üçün savadlı və ya savadsız, kəndli və ya şəhərli, müəllim və ya tələbə, siyasətçi və ya qeyri-siyasətçi olmanın heç bir fərqi yoxdur. Sadəcə insan olmaq yetər. Salam insanlara məxsus bir dəyərdir. Salam həm də Allahın adlarından biridir.

Salam həm də salamatlıq deməkdir. Salamatlıq yalnız hər hansı bir insanın və ya insanlar toplusunun maddi rifahından və fiziki təhlükəsizliyindən, tibbi göstəricilərindən ibarət deyil. Salamatlıq həm də insanların və cəmiyyətin mövcud informasiya və dəyərlər burulğanından aram və sakit sahilə çıxa bilməsidir. «Tərəfsiz», «obyektiv» və s. kimi sözlərdən təngə gəlmiş insanlara yeni bir söz demək çox çətindir. Çünki, zəmanədə tərəfsizliyin özünün bir tərəf və əqidəsizliyin də bir əqidə olduğunun şahidiyik. Amma babalarının bir zamanlar dünyaya dəyərlər gətirdiyi bir cəmiyyətin öz mənəvi fəzasının əmniyyətini təmin edəcəyinə heç bir şübhə yoxdur. «Salam» bu amala xidmət edir! «Salam» bu yolda sizinlədir.

"Salam" qəzetinin baş redaktoru
Şəmsi Abiyev

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 268
Site by: WebStudio.Az