Salaminfo.AZ: MTN təhlükəli qrupu zərərsizləşdirib MTN təhlükəli qrupu zərərsizləşdirib ================================================================================ salaminfo.az on 02/09/2010/ 08:10 Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçularının qəsdən öldürülməsində və odlu silahla güllə yarası xəsarəti yetirilməsində, eləcə də hərbi hissəyə məxsus odlu silahların talanmasında təqsirli bilinən Azərbaycan vətəndaşları tutulublar. Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilir ki, 2008-ci il dekabrın 26-da saat 03:25 dəqiqədə Tərtər rayonu ərazisində dislokasiya olunmuş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən zərərsizləşdirilmiş «Sumqayıt camaatı» adlı silahlı birləşmənin tərkibində olan «Sahil camaatı» adlı daha bir silahlı qrupun üzvləri tutulub. Onların evindən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb. Hazırda faktla bağlı cinayət işinin istintaqı aparılır. Hüquqa zidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. itv.az