Salaminfo.AZ: Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib ================================================================================ salaminfo.az on 02/09/2010/ 10:53 Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu barədə APA ’’Azərtac’’a istinadən məlumat verir. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident təntənəli mərasimdə nitq söyləyib. Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq. Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək. APA