Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | GÜNDƏM | Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib

image

Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu barədə APA ’’Azərtac’’a istinadən məlumat verir. 

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident təntənəli mərasimdə nitq söyləyib.
Böyük bir sahəni əhatə edən Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, dünyanın ən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılacaq.
Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

 

APA 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 326
Site by: WebStudio.Az