Bölmələr
Almaniyada yeni nəsl yaddaş cihazları hazırlanıb
Seqnetoelktriklər yeni yaddaş cihazlarının hazırlanmasına imkan verə bilər
Almaniyanın Yulix Tədqiqat Mərkəzinin və Maks Plank Mikrostrukturlar Fizikası İnstitutunun əməkdaşları növbəti nəsl yaddaş cihazlarının hazırlanmasına imkan verəcək kəşfə imza atıblar. Bu haqda müəlliflər “Science” dərgisində dərc etdikləri məqalədə xəbər veriblər. Onlar seqnetoelektrik materialda ilk dəfə təcrübi olaraq dipolların kəsilməz şəkildə fırlanmasını müşahidə ediblər.
Qeyd edək ki, dipollar informasiyanı yadda saxlamağa imkan verir və onların kəsilməz fırlanması dairəvi strukturlarda yaddaşın reallaşdırılmasına yol açır. Belə strukturlarda dipolların yerləşdirilməsi isə nəticədə yaddaşın daha sıx şəkildə saxlanmasına gətirəcək.
Alimlər seqnetoelektrik olaraq Pb(Zr,Ti)O3 birləşmələrindən istifadə ediblər və müşahidələri keçirici elektron mikroskopunda aparıblar.
“PbTiO3 birləşməsi ilk dəfə 1950 – ci ildə sintez edilmişdir. 60 ildən çox keçməsinə baxmayaraq yenə də tədqiq edilir. Onun böyük maraq doğurmasının səbəbi sadə quruluşa malik olması və geniş temperatur intervalında öz seqnetoelektrik xassələrini saxlamasıdır. Buna görə də elm və texnika üçün çox yararlı birləşmə hesab olunur. Son zamanlar onun bir çox bərk məhlullarından müasir cihazlarda istifadə edirlər. Qeyd edək ki, atom – qüvvə mikroskopunun iynəsi məhz Pb(Zr,Ti)O3 bərk məhlulundan hazırlanır. Yeni müşahidə olunmuş bu effekt çox əhəmiyyətli bir hadisədir və yaddaş sistemlərinin hazırlanmasında radikal dəyişikliklərə gətirib çıxara bilər.” - Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Frank adına Neyton fizikası laboratoriyasının kiçik elmi işçisi seqnetoelketriklər üzrə aktiv tədqiqat aparan həmyerlimiz Sakin Cabarov bu xəbəri belə şərh edir.
İlmar Qəhrəmanov
Salaminfo.az

BÜTÜN XƏBƏRLƏR
-
22/02/2012/ 13:38
Berlinale hamının mükafatını verdi -
22/02/2012/ 07:30
Hollivudun bolşeviki -
22/02/2012/ 07:05
Kondoliza Rays açdı sandığı.... -
21/02/2012/ 21:40
Bizi tənha edən Xocalı -
21/02/2012/ 11:31
Keşişlikdən prezidentliyə -
21/02/2012/ 11:23
Şimali Qafqazda xeyli terrorçu məhv edilib -
21/02/2012/ 11:12
Rusiya “Suriya dostları” ilə danışmayacaq -
21/02/2012/ 08:48
Bağdad koloriti -
18/02/2012/ 08:40
İran hərbi gəmiləri Aralıq dənizinə daxil olublar -
17/02/2012/ 14:03
XIX əsrdə Amerikada dini savaşlar -
17/02/2012/ 08:40
Prezident: " Milli və dini mənsubiyyətə görə ayrıseçkiliyə yol verilməyəcək" -
17/02/2012/ 08:28
BMT-nin Baş Assambleyası Suriya ilə bağlı qətnamə qəbul edib -
17/02/2012/ 08:25
Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 20 il ötür -
16/02/2012/ 10:29
Moskvada Qəbələ RLS-in statusu ilə bağlı danışıqlar keçirilib -
16/02/2012/ 10:26
Azərbaycan güləşçisi Kiyevdə qızıl medal qazandı -
16/02/2012/ 10:23
Kür Salyan və Neftçalada sürətlə qalxır -
16/02/2012/ 10:07
Hava məlumatını “ələ gələcək” -
16/02/2012/ 10:07
Korlar görməyə başlayacaq... dilin köməyi ilə -
16/02/2012/ 09:43
İtaliya, Niderland və Çexiyada resessiya başladı -
16/02/2012/ 08:56
ABŞ Dövlət Departamenti: “Rusiya ilə İran Əsədi silahlandırır” -
16/02/2012/ 08:39
ABŞ NATO-ya dəstəyinə görə Türkiyəyə təşəkkür etdi -
16/02/2012/ 08:37
“Qərb qapıları Suriyanın üzünə bağladı” -
16/02/2012/ 08:27
Amerika polisi son on ildə elektroşokla 500 insan öldürüb -
16/02/2012/ 08:25
Azərbaycan G-20 toplantısına dəvət olunub -
16/02/2012/ 08:15
İranın neft ixracını dayandırması hələ də müammalıdır
1
xəbər sayı
1 - 25
və
259