Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | ELM VƏ TEXNOLOGİYALAR | Riyaziyyatçıların “Nobel”ini Con Milnor aldı

Riyaziyyatçıların “Nobel”ini Con Milnor aldı

image

Mükafat alimə topologiya, həndəsə və cəbrdəki novator kəşflərinə görə təqdim olunub

Martın 25-də Norveçdə məşhur riyaziyyatçı Con Milnor Abel mükafatına layiq görüldü. Mükafat alimə topologiya, həndəsə və cəbrdəki novator kəşflərinə görə təqdim olunub. 

Con Milnor 1931-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında anadan olub. İlk elmi məqaləsini 18 yaşında yazan Milnor 1954-cü ildə fəlsəfə elməri doktoru dərəcəsini alır. İki il sonra yeddiölçülü ekzotik sferaların kəşfi ilə riyaziyyat aləmini heyran edir. Daha sonra fransız riyaziyyatçı Mişel Kerverlə birlikdə hər ölçüdə sferalar üzərində bütün diferensiallanan strukturların təsnifatını verməklə topologiyaya yeni nəfəs gətirir. O, riyaziyyatın bir çox sahələrinə böyük töhvələr vermişdir ki, bunların içində xüsusilə Milnor sferaları, Milnor ədədi, Milnor-Törston nəzəriyyəsi, düyünlər nəzəriyyəsi ilə bağlı Milnor hipotezi riyaziyyatçılara yaxşı tanışdır.

Milnor bir sıra mükafatlar laureatıdır və onların içində 1962-ci ildə aldığı riyaziyyat aləminin ən mötəbər mükafatlarından biri olan Filds medalı da yer alır və o, Amerika Riyaziyyat Cəmiyyətinin təqdim etdiyi Leroy Stil (Leroy Steele) mükafatına üç dəfə layiq görülmüş yeganə riyaziyyatçıdır. Hal-hazırda 80 yaşlı alim Stouni Bruk Universitetinin professorudur.

Qeyd edək ki, məşhur riyaziyyatçı Nils Henrik Abelin adını daşıyan “Abel mükafatı” Norveç höküməti tərəfindən 2002-ci ildə təsis edilmişdir. Görkəmli riyaziyyatçılara təqdim olunan bu mükafat alimlər arasında qeyri-rəsmi “riyaziyyatçılar üçün Nobel” adını almışdır. Mükafatın həcmi 600 milyon krondur ki, bu da təxminən 1 milyon ABŞ dolları civarındadır.

 

İlmar Qəhrəmanov

Salaminfo.az 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 259
Site by: WebStudio.Az