Salaminfo.AZ: İnternet xidmətinin tarifləri endirildi İnternet xidmətinin tarifləri endirildi ================================================================================ salaminfo.az on 02/09/2010/ 13:16 Azərbaycanın əsas internet təchizatçısı “Delta Telekom” şirkəti bu gündən ölkədə internet tariflərini endirir. İndi ümumi kanal tutumu 100 mb/s-dən çox olan bütün provayder şirkətləri əlavə aldıqları hər bir 1 mb/s üçün 50 manat ödəyəcək. Əvvəlki tarif isə bundan 2 dəfə çox idi, yəni 110 manat. Şirkət rəhbərliyinin məlumatına görə, tariflərin endirilməsi internetin daha da keyfiyyətli və sürətli olmasına imkan verəcək. Amma sadə vətəndaşlar üçün yaxın günlərdə qiymətlə bağlı yenilik olmayacaq. Provayder şirkətlər bildirib ki, yeni tariflər internetin sürətini və keyfiyyətini yüksəltməyə imkan verir. Qiymət ancaq bu mərhələni keçdikdən sonra azala bilər. sonxeber.az