Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | ELM VƏ TEXNOLOGİYALAR | Doktorantura hansı müəssisələrdə yaradılacaq?

Doktorantura hansı müəssisələrdə yaradılacaq?

image

AMEA doktorantura hazırlığı apara biləcək təhsil müəssisələrini müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturalar yaratmağı nəzərdə tutan ali təhsil müəssisələri ilə bağlı rəylərin hazırlanması prosesini yekunlaşdırıb.

Bu barədə AMEA-nın I vitse-prezidenti Arif Həşimov məlumat verib. A. Həşimovun sözlərinə görə, doktoranturaların yaradılması üçün Milli Aviasiya Akademiyası, Təhsil, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı, Səhiyyə, Ədliyyə nazirlikləri, Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, AMEA-nın bütün bölmələri onlara tabe olan təhsil müəssisələrində doktoranturaların yaradılması üçün müraciət edib. 

Akademiya rəsmisi deyib ki, AMEA-nın institutlarının çoxu həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul aparılması üçün müraciət edib: “Müraciətlərin araşdırılması zamanı təhsil müəssisələrinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında doktorantura hazırlığı apara bilmək imkanının olub-olmadığını müəyyənləşdirirdik. Müəssisələrə hansı parametrlərə uyğun gəlirsə, ona uyğun kadr hazırlığının aparılması üçün müsbət rəy verilib. Bəzi məktəblərin yalnız fəlsəfə doktoru, bəzilərinə isə həm fəlsəfə, həm də elmlər doktoru proqramları üzrə doktorantura hazırlığı aparılmasına müsbət rəy verilib”.

A. Həşimov hazırladıqları rəyləri yaxın bir necə günlərdə Nazirlər Kabinetinə təqdim edəcəklərini söyləyib.

Qeyd edək ki, doktoranturaya sənəd qəbulunun payızda aparılması nəzərdə tutulur.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3, qiyabi təhsilin müddəti 4 , dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir.

 

APA 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 326
Site by: WebStudio.Az