Arxiv
first first Fevral, 2012 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29
Baş səhifə | DÜNYA | Ərdoğan "soyqırım" qanununu irqçiliyə bərabər tutdu

Ərdoğan "soyqırım" qanununu irqçiliyə bərabər tutdu

image

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan hakim partiyanın fraksiya toplantısında Fransa Senatının qəbul etdiyi qərarı dəyərləndiri

“Trtazerbaycan.com”un məlumatına görə, Ərdoğan deyib: “Bu sifarişli səsvermə, istər Fransa Milli Assambleyasında, istərsə də Senatda qəbul edilən qərar bizim üçün yox hökmündədir. Bu, orta əsr zehniyyətinin təzahürüdür”.

Türkiyənin ümidini itirmədiyini vurğulayan baş nazir 60 senatorun Konstitusiya Məhkəməsinə müraciət etməsi imkanının qaldığını deyib: “Bu, Fransa tarixinə edilən xəyanətdir, Türkiyə-Fransa məsələsi deyil. Bu, açıq şəkildə ayrı-seçkilik, irqçilikdir. Əvvəlcə də demişdim. Sarkozinin babası İspaniyadan qovulan, Osmanlıya sığınan biridir. Qəbul edilən bu qərarlarla Sarkozi Osmanlı tolerantlığına kölgə sala bilməyəcək".

Ankaranın səbirli davrandığını qeyd edən baş nazir mərhələ-mərhələ sanksiyaların tətbiq ediləcəyini, proseslərin gedişinə görə fəaliyyət planının müəyyənləşəcəyini deyib.

Fransa Senatı yanvarın 23-də qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı 1 il həbs və 45 min avro cərimə cəzalarını nəzərdə tutan qanunu qəbul edib.

"Media forum"
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
BÜTÜN XƏBƏRLƏR
1 2 3 4 5 > xəbər sayı 1 - 25 259
Site by: WebStudio.Az